Moldova musiqisi — Vikipediya

Moldova xalq çalğı alətlərini əks etdirən SSRİ markası.

Moldova musiqisiMoldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumınmacarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir. XIX əsrin ikinci yarısından RusiyaUkrayna ilə musiqi əlaqələrinin möhkəmlənməsi Moldovanın musiqi həyatında canlanmaya səbəb olmuşdur ("Harmoniya" musiqi həvəskarları cəmiyyəti, 1880; Rus musiqi cəmiyyətinin Kişinyov şöbəsi, 1899; və s.). Bu dövrdə Moldova xalq musiqisinə maraq artmış, xor musiqi geniş təbliğ olunmuşdur (Q. Muziçesku, M. Berezovski, A. Yakovlev və b.). 1918–1940-cı illərdə Bessarabiyanın musiqi həyatı əsasən, ayrı-ayrı həvəskarların (V. Bulıçov, Q. Yasentkovski, M. Pester və b.) səyi, yerli və gəlmə musiqiçilərin konserləri hesabına inkişaf edirdi. Moldova MSSR yarandıqdan (1924) sonra bir sıra musiqi kollektivi – "Doyna" xor kapellası (1930), musiqili dram teatrı (1933), simfonik orkestr (1935) və s. təşkil edilmiş, D. Gerşfeld, V. Polyakov bir sıra mahnı və insturmental pyeslər bəstələmişlər. Moldova SSR-nin təşkilindən (1940) sonra musiqinin hərtərəfli inkişafı üçün şərait yaranmışdır. İkinci Dünya müharibəsindən sonrakı illərdə yeni musiqi kollektivləri ("Jok" rəqs ansamblı, "Flueraş" xalq çalğı alətləri orkestrı və s.) fəaliyyətə başlamışdır. "Qrzovan" (1956, D. Kerşfeld), "Domnikinin ürəyi" (1960, 3-cü redaksiyası, 1970, A. Stırça), "Qlira" (1974, G. Nyaqa) operaları, "Şəfəq" (1960, V. Zaqorski), "Sınıq qılınc", "Antoni və Kleopatra" (1960, 1965, E. Lazarev) baletləri, Ş. Nyaqa, S. Lobel və P. Rivilinsin simfonik əsərləri, L. Qurov, E Koka, Ş Aranov, S. Şapiro və başqalarının kamera-insturmental və vokal əsərləri Moldova musiqisinin nailiyyətləridir. Müğənnilərdən T. Çeban, M. Biyeşu, V. Savitskaya, P. Botezat, dirijor T. Qurtovoy, V. Qarştya, skripkaçı S. Lunkeviç tanınmışlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Молдавија ССР. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 30.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Молдавия // Большая российская энциклопедия (электронная версия). М. 2017.
  • Молдавская музыка // Музыкальная энциклопедия. Том 3. М.: Советская энциклопедия. 1976.
  • Музыка // Молдавская ССР. Энциклопедический справочник. Кишинёв: Главная редакция Молдавской Советской Энциклопедии. Гл. ред. И.К. Вартичан. 1979. 441–446.
  • Беров Л. С. Молдавские музыкальные народные инструменты. Кишинёв. 1964.
  • Клетинич Е. С. Композиторы Советской Молдавии: [Очерки]. — Кишинев: Литература артистикэ, 1987. — 269, [2] с.: ил., нот.
  • Котляров Б. Я. Из истории музыкальных связей Молдавии, Украины и России. Кишинёв. 1966.
  • Котляров Б. Я. Музыкальная жизнь дореволюционного Кишинёва. Кишинёв. 1967.
  • Котляров Б. Я. О скрипичной культуре в Молдавии. Кишинёв. 1955.
  • Котляров Б. Я. "Пушкин и молдавский танец «Мититика»". Временник Пушкинской комиссии, 1975—1979. Л.: Наука. Ленингр. отд-ние. 1979: 131—135.
  • Музыкальное искусство Советской Молдавии: [Сб. статей] / [Отв. ред. Г. Ф. Завгородняя]. — Кишинев: Штиинца, 1984. — 84 с.: ил., нот.
  • Музыкальное творчество в Советской Молдавии: Вопросы истории и теории: [Сб. статей]. — Кишинев: Штиинца, 1988. — 161, [2] с.: ил., нот.
  • Флоря Э. П. Молдавский музыкальный эпос. — Кишинев: Штиинца, 1989. — 118, [2] с.: ил., нот.
  • Флоря Э. П. Музыка народных танцев Молдавии / Под ред. Ф. А. Рубцова. — Кишинев: Штиинца, 1983. — 135 с.: ил., нот.
  • Фольклор и композиторское творчество в Молдавии: [Сб. статей] / [Отв. ред. В. В. Аксенов]. — Кишинев: Штиинца, 1986. — 86, [2] с.: ил., нот.