Molla Əhməd məscidi — Vikipediya

Molla Əhməd məscidi
Xəritə
40°22′03″ şm. e. 49°50′08″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Sabir küçəsi, 9
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Mahmud ibn Səd
Sifarişçi Nəsrəddin Quştası ibn Həsən Hacıbaba
Tikilmə tarixi XIV yüzilliyin əvvəli
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti əsaslı şəkildə təmir-bərpa edilib
Rəsmi sayt
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.85
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Molla Əhməd məscidi (İçərişəhər)
Molla Əhməd məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Molla Əhməd məscidi — XIV əsrdə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında[redaktə | mənbəni redaktə et]

Molla Əhməd məscidi İçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir.[1] XIV əsrin əvvəllərində Nəsrəddin Quştası ibn Həsən Hacıbabanın sifarişi ilə ustad-memar Mahmud ibn Səd tərəfindən tikilib.[1][2][3]

Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir[4]. Bir mərtəbəlidir və minarəsi yoxdur.[5] Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə işlənib.[6] Məscidin binası gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərə ilə tamamlanır.[2] Fasadın yuxarı hissəsində uzun zolaq şəklində yerləşdirilmiş iki sətirlik ərəb dilində yazılmış kitabədə həm sifarişçi, həm də memar haqqında məlumat verilir.[1] Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılıb.[2][7]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[8]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9][10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 87. ISBN 978-9952-32-020-6.
  2. 2,0 2,1 2,2 "Molla Əhməd məscidi - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu". icherisheher.gov.az. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  3. Azərbaycan və Əhli-beyt irsi (PDF) (az.). Bakı: Elm və təhsil. 2013. 95. 2024-02-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-02.
  4. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. 51. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  5. Aslan, Aysel. "İçərişəhərin restavrasiya olunan abidələri". modern.az (az.). 2022-04-18. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  6. Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 136. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  7. Ağayev, Qafar. "İçərişəhərin qədimi məscidləri və tarixi hamamından". 1news.az (az.). 2022-04-18. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  8. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  10. "Dini abidələr". icherisheher.az. 2018-06-30. Archived from the original on 2018-06-30. İstifadə tarixi: 2024-01-29.