Monqol işğalları — Vikipediya

Monqol işğalları
Monqol İmperiyasının 1206-1294-cü illərdəki genişləməsi
Monqol İmperiyasının 1206-1294-cü illərdəki genişləməsi
Tarix 1206-1405
Yeri Avrasiya
Nəticəsi  • Monqolların Avrasiyanın böyük hissəsini işğal etməsi
 • Monqol İmperiyasının və varis dövlətlərin qurulması
 • Abbasilər, Alaniya, Dəşt-i Qıpçaq, Dzurdzuketiya (Çeçenistan), Zin, Xarəzmşahlar, Kiyev Rus, Kimək xaqanlığı, Ələmut, Qaraxitaylar, Sun, Tatarlar, Volqa BulqariyasıSi Syanın süqutu
 • Antioxiya, Kilikiya, Belozer, Bolqarıstan, Çerniqov, Dali, Qaliçiya-Volniya, Gürcüstan, Qoryo, Novqorod, Pereslavl-Zalesskiy, Pskov, Qarahoca, Ryazan, Rum, Sukxotay, Trabzon, Tripoli, Tver, Yaroslavl, Serbiya, Smolenskin vassala çevrilməsi və Sibirin cənub, mərkəz, şərq və qərb hissələrinin birləşdirilməsi
 • Trakiya, Macarıstan, Polşa daxil olmaqla, MərkəziŞərqi Avropa boyunca dağıntılar
 • Hindistan yarımqitəsi, Cənub-Şərqi Asiya, Misir, Yaponiya və Macarıstanı işğal etməkdə uğursuzluq
 • Pax Mongolicanın yaranması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monqol işğalları—13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq AsiyaŞərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir. Tarixçilər Monqol İmperiyası daxilindəki dağıntıları bəşəriyyət tarixindəki ən ölümcül münaqişələrdən biri kimi qiymətləndirirlər.[1][2] Əlavə olaraq, monqolların kəşfiyyat xarakterli yürüşləri zamanı özləri ilə vəba gətirməsi, Asiya və Avropanın geniş hissələri boyu yayması və sonradan Qara ölüm adını alan və kütləvi insan həyatının itirilməsinə səbəb olan epidemiyanın əsasının qoyması ehtimalı da var.[3][4][5][6]

Monqol İmperiyası 13-cü əsr ərzində Asiya boyu bir sıra işğal və yürüşlər əsasında yaranmış, 1240-larda isə Şərqi Avropaya çatmışdır. "Dənizlərin imperiyası" adlandırılan özündən sonrakı bir çox imperiyanın (Britaniya) əksinə, Monqol İmperiyası daha cox quru əsaslı olmuş, otarma yönümlü Monqol süvari və mal-qara qüvvəsinə əsaslanmışdır.[7] Bu səbəbdən monqol qarət və yürüşlərinin əksəriyyəti mal-qara üçün kifayət qədər otun movcud olduğu daha isti fəsillərdə baş tutmuşdur.[7] Monqolların yüksəlişindən əvvəl 1211-dən 1225-ə qədər 15 il rütubətli və isti hava şəraiti atların yetişdirilməsi üçün əlverişli şərait yaratdı və bu da monqolların işğalarına böyük kömək etdi.[8]

Rus dövlətlərinə qarşı Tartar və Monqol yürüşləri 1260-cı illərdə Monqol İmperiyasının parçalanmasından daha sonralara qədər davam etmişdir. Digər ərazilərdə, Çində monqolların qazandığı əraziləri əldə saxlaması 14-cü əsrdə Yuan sülaləsinədək, İranda isə 15-ci əsrdə Teymurilər adı altında davam etmişdir. Hindistanda Monqol dövləti 19-cu əsrədək Muğal imperiyası adı altında mövcud olmağı bacarmışdır.

Mərkəzi Asiya[redaktə | mənbəni redaktə et]

Çingiz Xan Monqol İmperiyasının əsasını Mərkəzi Asiyada Merkit, Tartar və Monqol kimi türk və monqol əsilli konfederasiyaları birləşdirməklə qoymuşdur. Uyğur Buddist Qoço Krallığını təslim olmağa məcbur etmiş və imperiyaya qatmışdır. Daha sonra isə Qara Xitay və Xarəzmlər sülaləsinin işğalı ilə imperiyanı genişləndirməyə davam etmişdir.[9]

Xarəzmlər sülaləsinə qarşı Vəliyan döyüşü

Monqollara müqavimət göstərən hər bir şəhər ciddi dağıntılara məruz qaldığından müsəlman Mərkəzi Asiyası və İranın şimal-şərqi ciddi şəkildə əhali itirmişdir.[10] Hər bir əsgərin qarşısına müəyyən sayda insan öldürülməsi tələbi qoyulurdu. Məsələn, Ürgəncin işğalından sonra hər bir monqol əsgərindən 24 nəfər öldürülməsi tələb olunurdu.[11][daha etibarlı mənbəyə ehtiyac var]

Alan və Kumanlara (Qıpçaq) qarşı monqollar parçala və ələ keçir taktikasını yürütmüşlər. Kumanlara Alanlarla müttəfiqliyə son qoymalı olduqlarını demiş, müttəfiqləri ayırdıqdan sonra isə sıra ilə onları məğlub etmişlər.[12][13][14]

Monqolların Mərkəzi Asiyada Məmlüklər üzərinə yürüşü zamanı Məmlük ordusunun əksəriyyəti Qıpçaqlardan təşkil olunmuşdu. Qızıl Ordu dövlətinin Məmlükləri yeni Qıpçaq qüvvələri ilə təmin etməsi onların monqollara qarşı müqavimətinə kömək etdi.[15]

Monqolların işğallarından sonra Macarıstan qaçqın Kumanlar üçün sığınacağa çevrildi.[16]

Mərkəzləşmiş dövlətə sahib və Yağma, Qarluq, Oğuzlardan ibarət olan, dünyəvi dinlərə keçmiş Qaraxanilərin əksinə, parçalanmış və dövlətsiz qalan Qıpçaqlar yalnız Monqol işğallarından sonra İslamı qəbul etmişdir.[17]

Qərbi Asiya[redaktə | mənbəni redaktə et]

1258, Bağdadın mühasirəsi.

Monqollar hazırda İran, İraq, Qafqaz, Suriya və Türkiyə olaraq bilinən əraziləri güc yolu ilə və ya könüllü olaraq əldə edib. Əsas döyüşlər, monqolların İslamın 500 il boyu mərkəzi olmuş Bağdad şəhərinin 1258-ci ildə mühasirəsi və qarəti və müsəlman qıpçaq Məmlüklərin monqolları dəf etdiyi 1260-ci ildəki Ən Cəlut savaşı olmuşdur. Bu döyüşdə monqol qüvvələrinin qarşısı qəti olaraq kəsildi. Monqol Hülakü xanın Mərkəzi Asiyaya yürüşü zamanı onu minə yaxın çinli mühəndisdən ibarət dəstə müşayiət etmişdir.  [18]

Şərqi Asiya[redaktə | mənbəni redaktə et]

Djin sülaləsinə qarşı Yehulinq döyüşü.
Monqolların Çin sülalələrini işğalı 

Çingiz Xan və onun varisləri Çini dəfələrlə işğal etmiş, 1209-da Qərbi Xianı istila etmiş 1227-də isə tamamilə darmadağın etmişlər. 1234-də Djin sülaləsini, 1279-da isə Sonq sülaləsini məğlub etmişlər. Dali Krallığını 1253-cü ildə vassala çevirən monqollar, Koreyanı kopitulyasiyaya məcbur etmiş, lakin Yaponiyanı işğal edə bilməmişlər.

Cənubi Çini işğal etməyə göndərilən monqol qüvvələri 1256-da Mərkəzi Asiya üzərinə göndəriləndən daha böyük idi.[19]

Monqollar tərəfindən işğal olunan Tibetin  idarəsi Yuan sülaləsinə verilib. Ərazinin idarəsi üçün Yuanlar tərəfindən Buddist və Tibet münasibətləri Bürosu yaradılmışdır.1264 və 1308-ci illər arasında monqollar Saxalin adasını da işğal edir. Korea (Qoryeo) yarım müstəqil vassala və 80 il müddətinə Yuan sülaləsinin məcburi müttəfiqinə çevrilir. Daha sonra Yuan sülaləsi 1368-ci ildə Qırmızı Türbanlılar üsyanı zamanı devrilir.

Sibir[redaktə | mənbəni redaktə et]

Avropa[redaktə | mənbəni redaktə et]

Leqnika döyüşü monqolların Polşanı birinci işğalı mərhələsində baş tutub.
13-cü əsr monqol işğalı Slovakiyadakı Spis Qalası kimi qüdrətli qaya qalalarının tikilməsinə təkan vermişdir.

Monqollar Avropada Polşanı, Macarıstanı və Bolqarıstanı işğal etmədən öncə Volqa Bolqarıstanını və Kiev Rusunu işğal edib dağıntalara məruz qoymuşlar. Üç il ərzində (1237-1240) monqollar Novqorod və Pskov istisna olmaqla bütün əsas Rus şəhərlərini dağıdıb xəritədən silmişlər.[20]

Papanın Böyük Monqol Xanının yanına göndərdiyi elçi, Ciovanni da Pian del Karpine, 1246-cı ildə Kievdə səyahətdə olarkən yazırdı: Onlar (Monqollar) Rusiyaya hücum edib viran qoydular. Şəhərləri, qalaları darmadağın edərək kişiləri qılıncdan keçirdilər və Kiyevi, Rusiyanın paytaxtını mühasirəyə aldılar. Uzun çəkən mühasirədən sonra şəhərə daxil olub sakinləri ölümə məhkum etdilər. Biz bu ərazilər boyu səyahət edərkən yerdə tərk edilmiş saysız-hesabsız insan kəllələri və sümüklərinə rastladıq. Kiev olduqca böyük və sıx məskunlaşılmış bir şəhər idi, halbuki indi şəhər əhəlisi demək olar heçə endirilib. Hazırda şəhərdə 200 ev qalıb ki, onların da sakinləri qul olaraq saxlanılır.

Monqol işğalları məcburi əhali köçünü Mərkəzi Asiya və Şərqi Avropada görülməmiş səviyyəyə qaldırmışdı. Monqol ordularının yaxınlaşması xəbəri terror və panika yaradırdı.[21]

Cənubi Asiya[redaktə | mənbəni redaktə et]

Cənub-Şərqi Asiya[redaktə | mənbəni redaktə et]

İtki sayı[redaktə | mənbəni redaktə et]

Xronologiya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "What Was the Deadliest War in History?". WorldAtlas (ingilis). 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  2. White, M. (2011). Atrocities: The 100 deadliest episodes in human history. WW Norton & Company. p270.
  3. Robert Tignor et al. Worlds Together, Worlds Apart A History of the World: From the Beginnings of Humankind to the Present (2nd ed. 2008) ch. 11 pp. 472–75 and map pp. 476–77
  4. Compare: Barras, Vincent; Greub, Gilbert. "History of biological warfare and bioterrorism" (PDF). Clinical Microbiology and Infection. 20 (6). June 2014: 498. doi:10.1111/1469-0691.12706. İstifadə tarixi: 2017-01-12. In the Middle Ages, a famous although controversial example is offered by the siege of Caffa (now Feodossia in Ukraine/Crimea), a Genovese outpost on the Black Sea coast, by the Mongols. In 1346, the attacking army experienced an epidemic of bubonic plague. The Italian chronicler Gabriele de’ Mussi, in his Istoria de Morbo sive Mortalitate quae fuit Anno Domini 1348, describes quite plausibly how the plague was transmitted by the Mongols by throwing diseased cadavers with catapults into the besieged city, and how ships transporting Genovese soldiers, fleas and rats fleeing from there brought it to the Mediterranean ports. Given the highly complex epidemiology of plague, this interpretation of the Black Death (which might have killed > 25 million people in the following years throughout Europe) as stemming from a specific and localized origin of the Black Death remains controversial. Similarly, it remains doubtful whether the effect of throwing infected cadavers could have been the sole cause of the outburst of an epidemic in the besieged city.[ölü keçid]
  5. Andrew G. Robertson, and Laura J. Robertson. "From asps to allegations: biological warfare in history," Military medicine (1995) 160#8 pp. 369–73.
  6. Rakibul Hasan, "Biological Weapons: covert threats to Global Health Security." Asian Journal of Multidisciplinary Studies (2014) 2#9 p. 38. online Arxivləşdirilib 2014-12-17 at the Wayback Machine
  7. 7,0 7,1 |Invaders|The New Yorker "Of necessity, the Mongols did most of their conquering and plundering during the warmer seasons, when there was sufficient grass for their herds. [...] Fuelled by grass, the Mongol empire could be described as solar-powered; it was an empire of the land. Later empires, such as the British, moved by ship and were wind-powered, empires of the sea. The American empire, if it is an empire, runs on oil and is an empire of the air.
  8. Neil Pederson; və b. "Pluvials, droughts, the Mongol Empire, and modern Mongolia". Proceedings of the National Academy of Sciences. 111 (12). 2014: 4375–9. Bibcode:2014PNAS..111.4375P. doi:10.1073/pnas.1318677111. PMC 3970536. PMID 24616521.
  9. Sinor, Denis. 1995. “Western Information on the Kitans and Some Related Questions”. Journal of the American Oriental Society 115 (2). American Oriental Society: 262–69. DOI:10.2307/604669.
  10. World Timelines – Western Asia – AD 1250–1500 Later IslamicArxivləşdirilib 2010-12-02 at the Wayback Machine Arxivləşdirilib 2010-12-02 at the Wayback Machine
  11. "Central Asian world cities Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine", University of Washington.
  12. Sinor, Denis. 1999. “The Mongols in the West”. Journal of Asian History 33 (1). Harrassowitz Verlag: 1–44. https://www.jstor.org/stable/41933117 Arxivləşdirilib 2017-03-27 at the Wayback Machine.
  13. Halperin, Charles J.. 2000. “The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut”. Bulletin of the School of Oriental and African Studies, University of London 63 (2). Cambridge University Press: [ https://www.jstor.org/stable/1559539 Arxivləşdirilib 2017-03-27 at the Wayback Machine p. 235].
  14. Morris Rossabi. China Among Equals: The Middle Kingdom and Its Neighbors, 10th-14th Centuries. University of California Press. 1983. 255–. ISBN 978-0-520-04562-0. 2017-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  15. Halperin, Charles J.. 2000. “The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut”. Bulletin of the School of Oriental and African Studies, University of London 63 (2). Cambridge University Press: 229–45. https://www.jstor.org/stable/1559539 Arxivləşdirilib 2017-03-27 at the Wayback Machine.
  16. Howorth, H. H.. 1870. “On the Westerly Drifting of Nomades, from the Fifth to the Nineteenth Century. Part III. The Comans and Petchenegs”. The Journal of the Ethnological Society of London (1869–1870) 2 (1). [Royal Anthropological Institute of Great Britain and Ireland, Wiley]: 83–95. https://www.jstor.org/stable/3014440 Arxivləşdirilib 2022-02-13 at the Wayback Machine.
  17. Golden, Peter B.. 1998. “Religion Among the Q1pčaqs of Medieval Eurasia”. Central Asiatic Journal 42 (2). Harrassowitz Verlag: 180–237. https://www.jstor.org/stable/41928154 Arxivləşdirilib 2022-02-12 at the Wayback Machine.
  18. Josef W. Meri, Jere L. Bacharach, redaktor Medieval Islamic Civilization: An Encyclopedia, Vol. II, L–Z, index. Routledge. 2006. səh. 510. ISBN 0-415-96690-6. 2016-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-28. This called for the employment of engineers to engaged in mining operations, to build siege engines and artillery, and to concoct and use incendiary and explosive devices. For instance, Hulagu, who led Mongol forces into the Middle East during the second wave of the invasions in 1250, had with him a thousand squads of engineers, evidently of north Chinese (or perhaps Khitan) provenance.
  19. Smith, Jr. 1998 Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine, p. 54.
  20. "BBC Russia Timeline". BBC News. 2018-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.
  21. Diana Lary. Chinese Migrations: The Movement of People, Goods, and Ideas over Four Millennia. Rowman & Littlefield. 2012. səh. 49. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Boyle, J.A. The Mongol World Enterprise, 1206–1370 (London 1977)Şablon:ISBN missing
  • Hildinger, Erik. Warriors of the Steppe: A Military History of Central Asia, 500 B.C. to A.D. 1700
  • May, Timothy. The Mongol Conquests in World History (London: Reaktion Books, 2011) online review; excerpt and text search
  • Morgan, David. The Mongols (2nd ed. 2007)
  • Rossabi, Morris. The Mongols: A Very Short Introduction (Oxford University Press, 2012)
  • Saunders, J. J. The History of the Mongol Conquests (2001) excerpt and text search
  • Smith Jr., John Masson. "Review: Nomads on Ponies vs. Slaves on Horses". Journal of the American Oriental Society. American Oriental Society. 118 (1). Jan–Mar 1998: 54–62. doi:10.2307/606298. JSTOR 606298.
  • Turnbull, Stephen. Genghis Khan and the Mongol Conquests 1190–1400 (2003) excerpt and text search

Əsas mənbə[redaktə | mənbəni redaktə et]

  • Rossabi, Morris. The Mongols and Global History: A Norton Documents Reader (2011)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]