Munis Şərifov — Vikipediya

Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Kamança ifaçısı
Musiqi aləti Kamança
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

1962-ci ildə anadan olmuşdur.

Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.

O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir.

M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir.

2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır.

O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6]10 may 2019-cu ildə[7] Prezident Mükafatına layiq görülmüşdür. 19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adına layiq görülüb.[8]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qız qalası (film, 2000)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. CBC. "İncəsənət xadimlərinə ali mükafat verildi" (az.). Youtube.com. 07.10.2016. 2021-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 19.09.2016. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]