Muxtar Hacıyev — Vikipediya

Muxtar Hacıyev
29 yanvar 1932[1] – 1933
ƏvvəlkiSeyidcəfər Yaqubov
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
i. e. 1928 – 1930
bayraq
Azərbaycan SSR xalq ictimai təminat komissarı
bayraq2
1927 – 1928
ƏvvəlkiMəmməd Məmmədyarov
19 may 1921 – 6 may 1922
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəməd ağa Ağamalıoğlu
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1876
Doğum yeri
Vəfat tarixi 21 aprel 1938(1938-04-21) (61 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922).

Həyatı[redaktə | mənbəni redaktə et]

Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir.[2]

Repressiya qurbanı olmuşdur. 1938-ci ildə ölmüşdür.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur.[2]

Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.[2]

Muxtar Hacıyev 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olmuşdur. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. O, bu vəzifədə 1922-ci ilədək çalışmış, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olmuşdur. 1927-ci ildə Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin edilmiş, 1928–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsini icra etmişdir. 1932–1933-cü illərdə isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.[3]

Muxtar Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü , Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və rəyasət heyətlərinin üzvü olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə sədrlik etmişdir.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Muxtar Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ASŞC A'li Məhqəmə sədri hakkьnda // Kommynist. № 28 (3445). 1 fevral 1932. S. 4.
  2. 2,0 2,1 2,2 2,3 Һаҹыјев Мухтар Һаҹы оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 153.
  3. М. Һ. Һаҹыјев // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 117–118.