Nəriman Nərimanovun xatirə muzeyi — Vikipediya

Nəriman Nərimanovun
ev-muzeyi
Xəritə
Əsası qoyulub 1977
Açılış tarixi 6 noyabr 1977
Mövzu Azərbaycan tarixi
Ölkə
Yerləşir Bakı, Azərbaycan
Ünvan İstiqlaliyyət küçəsi, 55[1]
Direktor Kamilə Paşa qızı Hüseynova
Muzeyə yetişmək M 1 İçərişəhər
Telefon (+99 412) 492-05-15
40°22′13″ şm. e. 49°49′34″ ş. u.
nerimanov.ev-muzeyi.az/a…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə

Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır.[2]

Muzeyin sekpozisiyası[redaktə | mənbəni redaktə et]

Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.[3]

  • Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir.
  • Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir.
  • 3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd və materiallar, habelə N. Nərimanovun adının əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş etdirilir.[4]
  • Muzeyin 4-cü otağı tibbi kabinetdir. Bu otaqda hər şey N. Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat xanımın xatirələrinə əsasən 1913–1918-ci illərdə olduğu kimi bərpa edilmişdir. N. Nərimanovun tibbi alətləri, dərman saxlanılan şkafı, asılqanı, tablolar böyük mütəfəkkirin həkimlik fəaliyyətini işıqlandırır.[5]

Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr, Nərimanovun ailəsinin genealogiyası və digər əşyalar qorunub saxlanılır.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • az.baku-art.com
  • "Nəriman Nərimanovun Xatirə Muzeyi". citylife.az. İstifadə tarixi: 28.01.2021.
  • "Respublika qəzeti". www.respublica-news.az. İstifadə tarixi: 28.01.2021.[ölü keçid]
  • "Muzeyin tarixi". az.baku-art.com. İstifadə tarixi: 28.01.2021.
  • "Hazırda Nəriman Nərimanovun Xatirə Muzeyində 6 mindən çox eksponat nümayiş olunur". azertag.az. İstifadə tarixi: 28.01.2021.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Muzeyə yetişmək". 2GIS. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  2. "Azərbaycan muzeyləri". museum.az. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  3. "Azərbaycan tarixi". azhistorymuseum.az. 2013-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  4. "Xatirə Muzeyi". kataloq.gomap.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  5. "Nəriman Nərimanovun ev muzeyi". musavat.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  6. "Muzeyin ekspozisiyaları". apa.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.