Nadirqulu bəy — Vikipediya

Nadirqulu bəy
Nadiqulu bəy Hatəmxan ağa oğlu
Doğum tarixi XVIII əsr
Doğum yeri Çəmənli, Qarabağ
Vəfat tarixi XIX əsr
Vəfat yeri Çəmənli, Qarabağ xanlığı
Uşaqları Yusif bəy, Hatəmxan bəy, Kazım bəy
Atası Hatəmxan ağa

Nadirqulu bəyQarabağın tanınmış bəyi, Çəmənli oymağının yüzbaşısı. Hatəmxan ağanın oğlu.

Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

Həyatı[redaktə | mənbəni redaktə et]

Nadirqulu bəy XVIII əsrin 60-cı illərində Çəmənli oymağında anadan olmuşdur. Hatəmxan ağadan sonra Çəmənli oymağının yüzbaşısı olmuş, farsrus dillərini bilmişdir.[1]

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınması sənədində Çəmənli oymağının yüzbaşısı Nadirqulu bəyin ictimai həyatdakı mövqeyi, dövlət vergisindən azad edilməsi barədə məlumat yazılmışdır.[1]

Nadirqulu bəy təxminən 1848 ildə vəfat etmişdir.[1]

Nadirqulu bəyin Yusif bəy, Hatəmxan bəy, Kazım bəy adlı üç oğlu olmuşdur.[1]

Tanınmış maarif xadimləri Məmməd Murtuza bəy oğlu Məmmədov, Dilbər Murtuza bəy qızı Məmmədova ata tərəfdən Yusif bəyin nəticələri, Nadirqulu bəyin kötücələridirlər.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun anası Hüsnü xanım Yusif bəyin nəticəsi, Nadirqulu bəyin kötücəsidir.[1]

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Nadirqulu bəyin nəslindəndir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26 – 30 sentyabr 2012-ci il, № 33 (165)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26 – 30 sentyabr 2012-ci il, № 33 (165)
  • Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016

Həmçinin bax[redaktə | mənbəni redaktə et]