Nişat Şirvani — Vikipediya

Nişat Şirvani
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik.

Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər.

İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən.

Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur. Və illa yaxşı gündə, əldə var və dövlət olan zamanı hamı sənə dost və xeyirxah olacaqdır. Odur ki, şair deyir:

Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir,
Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək.

Amma Nişatın bir arzu və xahişini haqq və savab görə bilmədik. O isə xalqdan qəti-əlaqə edib ənqa kimi qənaət kuşəsində aşiyan etməkdir. Nişatın bir tərəf-dən kuşənişin abidləri və riyakar zahidləri tən və məlamət edib, digər tərəfdən özü guşənişinlik arzu etməsi bir növ qəribə gəlir və bir də islamda röhba-niyyət olmadığı üçün müslüm gərəkdir xalq içində, həmçinsi arasında dolanıb, onlar ilə müaşirət eləsin, xalqa kömək və nəf yetirsin, xalqa, din və vətənə hüsni-xidmətlər göstərib hər ikisinin tərəqqi və təalisi yolunda sərfi-himmət etsin. Guşənişinlik böyük bir hünər deyil ki, onu arzu edib, əməli qeyrilərə dəxi töv-siyə olunsun.

Nişat Şirvaninin yuxarıda zikr olunan qəzəllərindən başqa daha da bir çox gözəl müxəmməsləri və mürəbbeatları vardır ki, cümləsinə məcmuəmizdə yer yoxdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]