Nikolay Bayev — Vikipediya

Nikolay Bayev
rus. Николай Георгиевич Баев
erm. Նիկողայոս Բաև
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1875(1875-10-06) və ya 1878[1]
Doğum yeri
Vəfat tarixi 5 avqust 1952(1952-08-05) və ya 1953[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d] (–1901)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, İrəvan
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Georgiyeviç Bayev (rus. Николай Георгиевич Баев) — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağa Musa Nağıyev və Nikolas Bayev 1 saylı Bakı şəhər klinik xəstəxanasının bünövrə qoyulma mərasimində.

1875-ci ildə Həştərxanda doğulmuşdur.[2] Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır.[3] 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub.[2] Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi.

Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır. Daha sonra isə Kislovodska köçür. 1921–1925-ci illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Bakı Tikinti İdarəsinin baş mühəndisi kimi çalışmışdır. 1929–1930-cu illərdə Bayev "Azselstroy" trestinin baş mühəndisi kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə Azərbaycan Memarlar İttifaqının üzvlüyünə daxil olmuşdur.[4]

1927-ci ildə Bayev Ermənistana dəvət olunur və İrəvan Tikinti İdarəsində işləyir. İrəvanda Sundukyan adına teatr və pionerlər klubunun tikintisi ilə məşğul olur. 1930-cu ildə eyni küçədə yerləşən Ədliyyə nazirliyi və Mərkəzi Bankın tikintisini bitirir. 1938-ci ildə Kiyevə köçən Bayev bir müddət burada da işləyir.

1949-cu ildə İrəvanda vəfat edib.

İşləri[redaktə | mənbəni redaktə et]

Adı Tikinti ili Şəkil
Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı 1911
Musa Nağıyev adına xəstəxana 1913
Sabunçu vağzalı 1925
Qabriel Sundukyan adına Ermənistan Dövlət Akademik Milli teatrı 1922
Ermənistan Mərkəzi Bankı 1930

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 archINFORM (alm.). 1994.
  2. 1 2 Баев Николай Георгиевич Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine — Санкт-Петербургский государственный архитектурно-строительный университет.
  3. Nikoghayos Baev Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine — Orientica.net
  4. Bakı Dövlət Layihə İnstitutu — Elçin Əliyev, İlqar İsbatov, 2012, ISBN 978-9952-8076-53, səh. 66