Niyazinin ev-muzeyi — Vikipediya

Niyazinin ev-muzeyi
Xəritə
Əsası qoyulub 28 dekabr 1990
Açılış tarixi 18 sentyabr 1994
Mövzu Azərbaycan musiqisi
Ölkə
Yerləşir Bakı Bakı
Ünvan Bülbül prospekti, 21
Direktor Rza Bayramov
Muzeyə yetişmək M 1 Sahil metrostansiyası
Telefon +994 12 493 18 36
İş rejimi 10:00–18:00
40°22′29″ şm. e. 49°50′35″ ş. u.
musicmuseum.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niyazinin ev-muzeyiSSRİ xalq artisti, görkəmli dirijorbəstəkar Niyazinin mənzil muzeyidir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin filialıdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Niyazinin ev-muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı oldu[2]. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır.[3] Muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.

Ekspozisiya[redaktə | mənbəni redaktə et]

Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.

Niyazi muzeyində hal-hazırda:

  • 120 ədəd Niyazinin not əlyazmaları;
  • 2746 ədəd foto-şəkillər;
  • 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar;
  • 279 ədəd qramvallar;
  • 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanılmaqdadır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin rəsmi saytı". 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
  2. ATV. "İmzası var. Niyazinin ev-muzeyi" (az.). Youtube.com. 01.06.2023. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01.
  3. "Maestro Niyazinin ailə dramı.20.08.2011". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.