Nizami Gəncəvi Muzeyi — Vikipediya

Nizami Gəncəvi Muzeyi
Xəritə
Əsası qoyulub 2012
Açılış tarixi 2014
Mövzu ədəbiyyat, incəsənət
Ölkə
Yerləşir Gəncə, Bakı-Yevlax şosesi
40°41′00″ şm. e. 46°25′53″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nizami Gəncəvi MuzeyiGəncə şəhəri, Bakı-Yevlax şosesində yerləşən muzey. 2014-cü ildə istifadəyə verilmiş muzey Nizami məqbərəsinin ərazisində inşa edilmişdir.[1] Muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlar sərgilənir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.[2]

Muzeydə Nizami Gəncəvi guşəsi yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılmışdır. Burada şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanasıABŞ-nin Metropoliten muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır.[2]

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin xalça portretləri diqqəti cəlb edir.[2]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gəncə şəhər Nizami Gəncəvi Muzeyi Arxivləşdirilib 2019-01-14 at the Wayback Machine, Ganja.mctgov.az
  2. 2,0 2,1 2,2 "İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etmişdir". President.az. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.