Nizami Gəncəvinin heykəli (Çeboksarı) — Vikipediya

Nizami Gəncəvinin heykəli
rus. Памятник Низами Гянджеви
Xəritə
Ölkə Rusiya Rusiya
Yerləşir Çeboksarı
Heykəltaraş Ömər Eldarov
Tikilib 24 fevral 2004

Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 2004-cü il fevralın 24-də Çeboksarı şəhərinin cənub qəsəbəsində ucaldılmış heykəli.

Abidənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak etmişdir. Açılış mərasimində, həmçinin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.[1]

Abidənin müəllifi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "В Чебоксарах открыли памятник Низами Гянджеви". Gov.cap.ru. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]