Nizami Tağıyev — Vikipediya

Nizami Tağıyev
Tağıyev Nizami Haqverdi oğlu
Doğum tarixi 25 sentyabr 1959(1959-09-25)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 2022(2022-01-03) (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Dəfn yeri
Milliyyəti azərbaycanlı
İxtisası Hüquq
Təhsili

Bakı xüsusi milis məktəbi

Bakı Dövlət Universiteti
Fəaliyyəti Polis polkovniki
Fəaliyyət illəri 1994-2022

Tağıyev Nizami Haqverdi oğlu (25 sentyabr 1959, Cil, Krasnoselsk rayonu3 yanvar 2022, Bakı) — Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Tağıyev Nizami Haqverdi oğlu 25 sentyabr 1959-cu ildə Cil kəndində anadan olub. 1981-1983-cü illərdə Bakı xüsusi milis məktəbini bitirib.

1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.

Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası, Cilin ilk polis polkovnikidir. 1994-1997-ci illər 14 saylı Sabunçu rayon Polis bölməsinin rəisi, 1997-2006-cı illər Xızı rayon polis şöbəsinin rəisi, 2006-2008-ci illər Nəqliyyatda Baş Polis idarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi işləmişdir.

2005-2011-ci ildən, həmçinin elmi işlə məşğuldur. Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə Ekspertiziyasının "Əməliyyat Axtarış fəaliyyəti üzrə" elmi işi üzərində işləmişdir.

Qarabağ müharibəsi veteranıdır.

Hal-hazırda biznes fəaliyyəti ilə məşğuldur.

2008-ci ildən "CİL MMC”-nin və Salahlı İctimai Birliyinin rəhbəridir.

2022-ci il yanvarın 3-də qaraciyər xərçəngindən dünyasını dəyişmişdir.[mənbə göstərin]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tağıyev Nizami Haqverdi oğlu". 2015-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.