Novruz (film, 1995) — Vikipediya

Novruz
Rejissor Rahim Sadıqbəyli
Ssenari müəllifləri Vüqar Tapdıqlı
Sadıq Elcanlı
Operator Adil Abbasov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1995
Filmin növü sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Texniki məlumatlar video
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycanın milli bayramı sayılan Novruz bayramına həsr olunmuşdur. Filmin rejissoru süjeti 4 xətt üzrə bölüb. Bu xətlər qeyd olunan çərşənbə axşamları ilə bağlıdır: su, külək, torpaq, od çərşənbələri. Film müşahidə xarakteri daşıdığına görə novruz bayramına hazırlıqlar Azərbaycanın ayrı-ayrı bölgələrində lentə alınmışdır. Hər bölgədə bayram qabağı xüsusi tədbirlər görülür, milli adət-ənənələr həyata keçirilir. Filmin maraqlı cəhəti ondadır ki, rejissor baharın gəlişini bahar qızının simasında yox, ağ atın üstündə ağ libasda olan oğlan görkəmində verib. Filmin sonunda bahar ab-havası Bakıya-Içəri şəhərə gəlib çatır. Burada bayram tədbirləri keçirilir, milli rəqslər oynanılır, hər evdə bayram süfrələri, xonçaları düzülür.[1]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Vüqar Tapdıqlı, Sadıq Elcanlı
Rejissor: Rahim Sadıqbəyli (Rəhim Sadıqbəyli kimi)
Operator: Adil Abbasov
Səs rejissoru: Firudin Bağıroğlu (Firudin Hüseynov kimi)
Montaj: Fuad Əlişov
Direktor: Məhyəddin Əsgərov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bizim filmlərimiz". AzTv. 2007-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-28.