Novruzun çələngi (film, 1989) — Vikipediya

Novruzun çələngi
Janr sənədli film
Rejissor Rafiq Yüzbaşov
Ssenari müəllifi Sabir Məmmədov
Operatorlar Elxan Əliyev
Nemət Rzayev
Şərif Şərifov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1989
Texniki məlumatlar 1 hissə
261 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Xalq bu bayramı həmişə sevə-sevə qeyd etmişdir. Bolluq-bərəkət, gözəllik-saflıq bayramı olan Novruzla əlaqədar xalq rəqsləri, xalq mahnıları, xalq mərasimləri, el-oba içində bu günə qədər yaşamaqdadır.

Qadağalar dövrü adlandırdığımız durğunluq illərində xalqın bu əziz bayramına dini rəng verilmiş, onun təntənəli şəkildə keçirilməsini yasaq etmişdilər.

Filmdə yenidənqurma, aşkarlıq dövründə — 1989-cu ildə Azərbaycan SSR-də Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınmışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Rafiq Yüzbaşov
Ssenari müəllifi: Sabir Məmmədov
Operator: Elxan Əliyev, Nemət Rzayev, Şərif Şərifov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 355.