Novxanı — Vikipediya

Novxanı
40°31′47″ şm. e. 49°46′46″ ş. u.
Ölkə  Azərbaycan
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 8.409 (2009) nəfər
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0119
Digər
belediyye.com/novxani/?i…
Xəritəni göstər/gizlə
Novxanı xəritədə
Novxanı
Novxanı
Novxanı xəritədə
Novxanı
Novxanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NovxanıAzərbaycan Respublikasının Abşeron rayonunun Novxanı kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır. Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- həmin dövr üçün Azərbaycan dilinə təsiri qüvvətli olan fars dilindən "nov xanı" (noii xanə) adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Oykonim İran dillərindəki noıı (yeni, təzə) və xanə (ev, məskən) sözlərindən ibarət olub, "yeni evlər", "yeni kənd" mənasındadır. Yaşayış məntəqəsi bir neçə kilometrlikdəki qəd. bir kəndin əhalisinin XVI əsrin axırlarında indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır.[2]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox oxşasa da fərqli cəhətləridə vardır. Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanı kəndinin əncir və üzümü başqa kəndlərdən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, insanlar əsasən əkinçilik və maldarlıqla məşğul olmuşlar. Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zər baftadan tikmələr tikilib. Yerli əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən bir fakt tez-tez vurğulanır ki, novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən xeylisi bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır. Məsələn, bağa köçəndə, bağdan geri qayıdanda "Yurd halvası " çalınır, bağa gedənlər üçün aparılırmış. Kənddə əsasən xəmir və ət xörəklərinə üstünlük verilir. Əvvəllər çox işlənən balıq xörəkləri indi az işlənir. Çünki bir vaxtlar insanlar istədiyi balığı vətəgələrdən gətirirdilər. İndi həmin balıq növlərini tapmaq çətindir.

Kənddən Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Ümgülsüm, Oqtay Sadıqzadə, Kamil Balakişiyev, Əzim Əzimzadə, Lütfi Zadə, Mehdi Hüseynzadə, Süleyman Rüstəm, Sabit Orucov kimi şəxsiyyətlər çıxmışdır. Novxanıda Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəb var. Abşeron nemətlərindən olan zəfəran, badampüstə sovxozlar ləğv edildiyindən yalnız fərdi həyətlərdə yetişdirilir. Novxanıda XVII əsrə aid Şah Sultan Hüseyn məscidiHacı Səfəralı məscidi vardır.

Qarabağ savaşında 52 novxanılı iştirak edib. Onlardan 5 nəfəri şəhid olub.

Məşhur şəxsləri[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 8.409 nəfər əhali yaşayır.[3]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]