Nuru Əmiraslanovun yaşayış evi — Vikipediya

Nuru Əmiraslanovun yaşayış evi
Binanın 2009-cu ildə çəkilmiş şəkili
Binanın 2009-cu ildə çəkilmiş şəkili
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Neftçilər prospekti, 65
Memar İosif Ploşko
Tikilmə tarixi 1907
Vəziyyəti yaxşı
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Nuru Əmiraslanovun yaşayış evi (Bakı)
Nuru Əmiraslanovun
yaşayış evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nuru Əmiraslanovun yaşayış evi — 1907-ci ildə Nuru Əmiraslanovun sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə Bakıda keçmiş Naberejnaya İmperatora Aleksandra II, 65, indiki Neftçilər prospekti, 65 ünvanında tikilmiş bina.[1] Bina İosif Ploşkonun Bakıda layihələndirdiyi ilk iş sayılır.[2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Arxiv materiallarına görə İosif Ploşko Bakıdakı ilk sifarişi 1907–1908-ci illərdə, Sahil küçəsi, 65-də yaşayış binasının tikintisi üçün Bakı varlılarının tanınmış ailələrindən olan Nuru Əmiraslanovdan alıb. Ev Bayıl təpəsinin yamacında əsas şəhər magistralının strukturunda mühüm şəhərsalma mövqeyinə malik və geniş həyəti olan perimetral tikintidən ibarətdir. Evin fasadında daşın yüngülcə yonulması ilə üfüqi və şaquli bölgülər nəzərə çarpır. Ploşko nisbətən sadə fasad yaratmış və klassik formalara və üsullara hörmətlə yanaşmışdır. Fasadın kompozisiyasında iki element — girişin intibah portalının effektiv motivləri və onun həcm elementlərinin incə modelləşdirilməsi və onun tərəfindən memarlıq klassikasına öz bədii münasibətinin həll edildiyi ön giriş qapısı əsas yer tutur. Portal bütün Asiya memarlıq məktəblərinin eyni mənbədən əks etdikləri ioniya orderli qoşa sütunla ifadə olunmuşdur.[2]

Şamil Fətullayevin ev haqqında yazdıqları[2]:

" 1910-cu ildə bu bina hazır olduqdan sonra Əmiraslanov evin açılışma öz yaxın dostlarını, qohumlarını dəvət etmişdi. Həmin vaxt orada qadınların iştirakı ilə dini təziyyə məclisi keçirilirdi. Mənim babam Əli Mirzə Fiqarov Nuru Əmiraslovla yaxın dost idilər. Nuru Əmiraslanov babamın ailəsini də evinə dəvət etmişdi. Nənəm və anam da orada iştirak etmişdilər. Onlar danışırdılar ki, ticarət cərgələrinin ixtiyarına verilmiş birinci mərtəbədən savayı digər iki mərtəbə əla interyerə malik idi. Bu mərtəbələrdəki divar naxışları, gözəl mebel və zalın bəzədilməsi üçün müxtəlif dekorativ elementlər interyerə xüsusi yaraşıq verirdi. "

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 163. ISBN 978-9952-32-020-6.
  2. 2,0 2,1 2,2 Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 239. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]