Şəki dialekti — Vikipediya

Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialektiAzərbaycan dilinin dialektlərindən biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqlarısultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir.[1] Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.[2]

Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır.[3]

Klassifikasiya[redaktə | mənbəni redaktə et]

Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir:[4][5][6][7]

  • III. Şimal qrupu:

Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir:[8]

İsveçli dilçi və türkoloq Lars Yohanson[q 1] Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir:[9]

Gürcü dilindən keçmiş sözlər[redaktə | mənbəni redaktə et]

  • cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir;
  • məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi;
  • axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.[4]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Lars Yohansonun tərcümeyi–halı və elmi fəaliyyəti ilə tanış olmaq üçün baxın: Lars Johansson's biography and list of publications

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ширалиев М. Ш. Диалекты и говоры азербайджанского языка // Диалекты тюркских языков: очерки. — М.: "Восточная литература" РАН, 2010. — С. 36. — ISBN 978-5-02-036421-9.
  2. Мудрак О. А. Об уточнении классификации тюркских языков с помощью морфологической лингвостатистики // Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции / Отв. ред. Э. Р. Тенишев. — М.: Наука, 2002. — С. 5–6, 729–730, 735. — ISBN 5-02-022638-6.
  3. Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və inkişafı. Müəllif: Əzizov Elbrus. Bakı: Bakı Universiteti Nəşriyyatı, 1999, 352 səhifə.
  4. 4,0 4,1 Azərbaycan dili dialekt və şivələrinin təsnifi, səh. 19 // Azərbaycan dialektologiyasının əsasları: Ali məktəblər üçün dərs vəsaiti. Müəllif: Məmmədağa Şirəliyev. Bakı: "Marif", 1967, 424 səh. — Təkrar nəşr. Buraxılışa məsul: Əziz Güləliyev. Bakı: "Şərq–Qərb", 2008, 416 səh. ISBN 9789952341836
  5. Языки народов Советского Союза. — Алтайские языки. — Тюркские языки, стр. 79. // Сто тридцать равноправных: о языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Институт языкознания. Научно-популярная серия. Москва: Издательство "Наука", 1970, 192 стр.
  6. Глава III. Народы и языки Советского Союза. — 2. Алтайская семья. — Тюркские языки, стр. 118. // О языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Научно-популярная серия. Москва: Издательство "Наука", 1978, 222 стр.
  7. Introduction, page XIX. // Elementary Azerbaijani Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine. Author: Kurtuluş Öztopçu. Türk Dilleri Araştırmaları Dizisi. Santa Monica (State of California) — Istanbul: Sanat Kitabevi, 2003, XXIII+381 pages. ISBN 9789759377304  (ing.)
  8. Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215
  9. Azerbaijanian — L. Johanson (Johannes Gutenberg University, Mainz, Germany, 2006.), pp. 112–113. // Concise Encyclopedia of Languages of the World. Coordinating editor — Keith Brown (University of Cambridge), co–editor — Sarah Ogilvie (University of Oxford). First edition. Amsterdam: Elsevier Ltd., 2009, XXXVI+1283 pages. ISBN 9780080877747