Open Web Foundation — Vikipediya

Open Web Foundation
Yaranma tarixi 2008

Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var.

Tarixi[redaktə | mənbəni redaktə et]

"Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir.[1][2][3][4][5]

Tənqidi[redaktə | mənbəni redaktə et]

2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir.[6]

Sənaye dəstəyi[redaktə | mənbəni redaktə et]

Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir:

İdarəetmə[redaktə | mənbəni redaktə et]

"Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır. Fondun üzvləri doqquz nəfərdən ibarət İdarə Heyətini seçirlər.

17 avqust 2009-cu il tarixinə seçilmiş hazırkı İdarə Heyətinin üzvləri: [7]

  • Breydi Brim-DeForest
  • Tantek Çelik
  • DeVitt Klinton
  • Kris Messina
  • Devid Rekordon
  • Lourens Rozen
  • Devid Rudin
  • Geyb Vaçob

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Announcing the Open Web Foundation". Open Web Foundation. 2008-07-25 tarixində orijinalından arxivləşdirilib.
  2. "Open Web Foundation to Keep Data 'Open'". eWeek. 25 July 2008.
  3. "Open Web Foundation a new club for standards makers". CNET. 2012-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-25.
  4. Cubrilovic, Nik. "Open Web Foundation Officially Launches". Washington Post. July 24, 2008. November 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2010.
  5. "Open Web Foundation formed". The Industry Standard. 2013-02-04 tarixində orijinalından arxivləşdirilib.
  6. "Hey kids - get off of my lawn". Tech Crunch. 2011-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  7. "Official Confirmed OWF Election Results!!!". 2012-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]