Oqtay Zülfüqarov — Vikipediya

Oqtay Zülfüqarov
Oqtay Qədir oğlu Zülfüqarov
Ümumi məlumatlar
Doğum tarixi 31 may 1929(1929-05-31)
Doğum yeri
Vəfat tarixi 31 avqust 2016(2016-08-31) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1951–2016
Musiqi alətləri Violonçel, fortepiano
Təhsili
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972
"Şöhrət" ordeni — 2009

Oqtay Zülfüqarov (31 may 1929, Bakı31 avqust 2016, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2000).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.[2]

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduz, Pişik və SərçəMeşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi tanınmışdır. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı ''Tumurcuq'' adlı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir.[3][4] Bəstəkar II Fəxri Xiyabanda dəfn edilmişdir.[5]

Ailəsi[redaktə | mənbəni redaktə et]

3 övladı var: Cahangir, Züleyxa, Leyla.[6]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Baletlər
Operalar
  • "Meşə nağı"
  • "Pişik və sər" — libretto: Teymur Elçin
  • "Ulduz-q"
Operettalar
  • "Şəngülüm, Şüngülüm, Məngül"
  • "Xor"
  • "Onadək sayır"
  • "Layl"
  • "Top oynay"
  • "İlk mahnılar"
  • "Telef"
  • "Uşaq mahnıla"
Kukla teatrı tamaşalarına musiqi
  • "Cırtdan" (1995)
  • "İ voüt i bleüt" /libretto — H. Hüseynov/ (1997)
  • "Dovşanın məhkəməsi" /libretto — M. Quliyev/ (1997)
  • "Göyçək Fatma" /libretto — M. Dilbazi/, (1998)
  • "Repka" /rus xalq nağılı əsasında/ (1999)
Uşaq mahnıları
Uşaq mahnı məcmuələri
  • "Aşıq mahnısı" (1993)
  • "Uşaqlar özləri haqqında" (1994)
  • "Novruz bayramı" (1996)
  • "Ad günün mübarək", "Gedək gəzək" (1997)
  • "Təbiətin qoynunda" (1997)
  • "Böyüklərə hörmət et", "Topu mənə at", "Orduya xidmətə gedirəm", "Saat əqrəbi", "Ürəkləri sevindirək" (1998)
  • "Ana həyatdır", "Gülə-gülə yaz gəlir" /müəllifin öz söz./ (1999); "Haralısan deməyin", "Abşeron bağları", "Yaşa doğma şəhərim" /müəllifin öz söz./ (2000)
  • "Şən mozaika", "Balaca ustayam mən" /müəllifin öz söz./ (2001)
  • "Aysel" televiziya filminə musiqi (1998)
  • Orta ümumtəhsil məktəbinin II sinfi üçün "Musiqi" dərsliyi /həmmüəllif — T. Babayeva/, (rus dil.) (1990)
Instrumental
  • Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası (1992)
  • 4 əl üçün piano variasiyaları (1993)
  • Piano üçün konsert Pyesi (1997)
  • Piano üçün "Beşik mahnısı" pyesi (1998)
  • Qanun üçün Konsert pyesi (1998)
  • Fleyta və violonçel üçün Pyes (1999)
  • R. Zəbioğlunun söz. solist və simfonik orkestr üçün "Oda" /akademik Z. Bünyadova həsr olunub/ (1997)
Romanslar

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Oqtay Zülfüqarov [ölü keçid]
  2. "С. Кастрюлин — Октай Зульфугаров: "Для меня было важным, чтобы мои ученики и дальше любили бы музыку, ходили в театры и филармонию". Эхо. — 2009. — 19 декабря. — С. — 12". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  3. Ümidə Həsənova. "Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi" (az.). Lent.az. 31.08.2016. 2016-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  4. Джани Бабаева. "Скончался народный артист Огтай Зульфугаров" (rus). Trend.az. 31.08.2016. 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  5. APA TV. "Bəstəkar Oqtay Zülfüqarov II Fəxri Xiyabanda dəfn edildi" (az.). Youtube.com. 31.08.2016. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
  6. Vyaçeslav Sapunov. "Октай Зульфугаров о воспитании и доброте" (rus). Youtube.com. 06.09.2016. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  7. Respublikanın xalq maarifi və mədəniyyət işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machineanl.az saytı
  8. "O.Q.Zülfüqarovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  9. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  10. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  11. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  12. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  13. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  14. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  15. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  16. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  17. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  18. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
  19. "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Uşaqların musiqi-estetik tərbiyəsi naminə…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 169.