Oskar mükafatı (2009) — Vikipediya

<< 80-ci Təqdimetmə 82-ci >>

Amerika Kino Sənəti Akademiyasının "Oskar" mükafatlarının 81-ci təqdimat mərasimi keçirilib. "Xarabalıqdan çıxmış milyonçu" filmi 2009-cu ilin ən yaxşı filmi seçilib. Bu film 8 "Oskar" qazanıb və "İlin ən yaxşı rejissoru" (Denni Boyl) nominasiyasında da qalib olub.

Qazandığı mükafatların sayına görə ikinci yeri "Bencamin Battonun müəmmalı hekayəsi" filmi tutub. Bu film 3 "Oskar" alıb. Üçüncü yerdə hərəsi 2 heykəlcik alan "Qara cəngavər" və "Harvi Milk" filmləridir.

"Ən yaxşı kişi rolu" nominasiyasında "Harvi Milk" filmində canlandırdığı obraza görə aktyor Şon Penn qalib seçilib. "Ən yaxşı qadın roluna görə" qızıl heykəlciyi "Oxucu" filmində oynadığı rola görə aktrisa Keyt Uinslet qazanıb.

"Ən yaxşı qısametrajlı film" nominasiyasında "Pinkinin gülüşü" filmi "Oskar" alıb. "Ən yaxşı tammetrajlı sənədli film" "Cihaz üstündə insan" filmi seçilib. "Ən yaxşı viziual effektlər" nominasiyasında "Oskar"a "Bencamin Battonun müəmmalı hekayəsi" layiq görülüb. "Ən yaxşı səs montajı"na görə "Qara cəngavər" qalib seçilib. "Ən yaxşı səsləndirmə" nominasiyasında "Xarabalıqdan çıxmış milyonçu" filmi birinci olub. "Ən yaxşı orijinal musiqi"yə görə bu film yenə də rəqiblərini qabaqlayıb. "Xarici dildə ən yaxşı film" nominasiyasında Yaponiyada istehsal olunan "Yola düşmək" kino-lenti "Oskar" alıb.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]