Oxçuçay — Vikipediya

Oxçuçay
azərb. Oxçuçay‎, erm. Ողջի
Ölkələr
Rayonlar
Şəhərlər
Keçdiyi ərazilər Zəngəzur,
Mənbəyi Qapıcıq dağı
 • Yüksəkliyi 3650 m
Mənsəbi Araz
Uzunluğu 82 km
Su sərfi 11 m³/san
Su sistemi Araz
Su hövzəsi Xəzər
Hövzəsinin sahəsi 1175 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

OxçuçayAzərbaycanErmənistan ərazilərindən axan çay.

Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonuAzərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür.

Axımı qar (46%), yağış (10%) və yeraltı (44%) sulardan əmələ gəlir, su sərfi 8,90 kub m/san-dir. İllik axımının 40%-i yaz, 43%-i yay, 10%-i payız. 7%-i isə qış fəslində keçir.

Suvarma işlərində istifadə olunur. Ermənistan ərazisində çay Voxçi adlanır.

Ekoloji vəziyyəti[redaktə | mənbəni redaktə et]

Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. QafanQacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən  uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənmişdir və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına tökülməlidir[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006