Pərviz Şahbazov — Vikipediya

Pərviz Şahbazov
Vəzifədədir
12 oktyabr 2017-ci ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasi-zadə
Novruz Məmmədov
Əli Əsədov
ƏvvəlkiNatiq Əliyev
bayraq
Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri
bayraq2
9 avqust 2005 – 6 sentyabr 2016
ƏvvəlkiHüseynağa Sadıqov
SonrakıRamin Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1969(1969-11-24) (54 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti məmur
Atası Oqtay Şahbazov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir.

İş təcrübəsi[redaktə | mənbəni redaktə et]

  • 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib,
  • 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib,
  • 1997–1998-ci illərdə birinci katib,
  • 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
  • 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub.
  • 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
  • 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur.[2]
  • 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.[3][4]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər sabiq müdiri Oqtay Şahbazovun oğludur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Pərviz Şahbazov". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  2. "Pərviz Oqtay oğlu Şahbazov". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  3. President.az. "P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 12.10.2016. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.10.2016.
  4. "Prezident yeni nazir təyin etdi". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.