Pambıq — Vikipediya

Pambıq kolu

Pambıqpambıq kolundan ( Gossypium ) yığılan liflər toplumu.

Becərilməsinə ilk dəfə Hindistanda başlanılmışdır. Hindlilər pambıqdan möhkəm, eyni zamanda elə nazik parça toxuyurdular ki, ondan tikilmiş don balaca üzükdən keçirilə bilirdi.

Yetişərkən koldakı qutucuq açılır. Onun içindəki liflər əl və ya xüsusi maşınlarla yığılaraq pambıq məntəqələrinə toplanır və oradan pambıq zavodlarına daşınaraq liflər toxumlardan ayrılır. Uzun liflər: 20–25 mm ayrılaraq parça toxunmasına istifadə edilir. Kiçik liflər isə tibb üçün və partlayıcı maddələrin hazırlanmasında istifadə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]