Para — Vikipediya

Para
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

3°51′ c. e. 52°24′ q. u.


Ölkə
İnzibati mərkəz Belen
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 1.245.870,7 km² (2020)[2]
Hündürlük
175 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.366.628 nəf. (2017)[3]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-PA
Rəsmi sayt
Para xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, QayanaSurinam, şərqdə MaranyanTokantins, cənubda Matu-Qrosu, qərbdə AmazonasRorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir[4]. İnzibati mərkəzi Belen şəhəridir.

Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır[4][5].

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.

İqlimi ekvatorialdır. Para ştatında quraq mövsüm yoxdur. Bununla belə iyuldan oktyabra qədər yağıntıların miqdarı nisbətən azalır.

Ərazisindən Tokantins çayı axır. Mövcud olan şəlalərin üzərində SES tikintisi planlaşdırır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hindu dilindən tərcümədə «çay» mənasını verir.

Portuqallar Paranı 1616-ci ildə koloniyalaşdırmışlar. XIX əsrin sonuna qədər ştat ərazisi istisadi baxımdan mənimsənilməmişdir.

İnzibati bölgü[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən ştat 6 mezoregiona və 22 mikroregiona bölünür. Ştatda 144 munisipalitet var.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

İqtisafiyyatının əsası kənd tərərrüfatı və faydalı qazıntıların hasilatıdır[5]. Ştatda Braziliya qozu, Kauçuk, Oduncaq hasil edilir. Üstəlik burada maniok, şəkər qamışı, qarğıdalı, lobya, çəltik, TütünQara istiot yetişdirilir. Marajo adasında heyvandarlıq inkişaf etdirilmişdir. Tokantins çayı hövzəsində dağ bülluru hasil edilir[6]. Ştat ərazisində dünyada ən böyük dəmir filizi ehtiyatı aşkarlanmışdır. Üstəlik zəngin qızıl etiyyatına sahibdir[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. https://www.ibge.gov.br/en/cities-and-states/df.html.
  3. ftp://ftp.ibge.gov.br/Estimativas_de_Populacao/Estimativas_2017/estimativa_TCU_2017_20180618.pdf.
  4. 1 2 "Para ştatı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  5. 1 2 3 Para Arxivləşdirilib 2021-08-07 at the Wayback Machine russobras.com saytı
  6. Para Arxivləşdirilib 2019-09-23 at the Wayback Machine.