Paul Erlix — Vikipediya

Paul Erliş
alm. Paul Ehrlich
Doğum tarixi 14 mart 1854(1854-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1915(1915-08-20)[1][2][…] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Elm sahələri İmmunologiya, Bakteriologiya, kimya, Kimyaterapiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbərləri Robert Kox
Üzvlüyü
Mükafatları Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç]  ( dinlə)) (14 mart 1854[1][2][…], Stşelin[d], Prussiya[4]20 avqust 1915[1][2][…], Bad-Xomburq[d], Almaniya imperiyası[4]) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçıbiokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı.

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Paul Erliş Rostok, Strasburq, Breslavl, LeypsiqFrayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiyaterapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir. Bәzi infeksion xәstәliklәrin kimyәvi preparatlarla müalicә üsullarını işlәyib-hazırlamışdır. İlk olaraq müalicә preparatlarına qarşı mikroorqanizmlәrin davamlılıq qazanmaq şәrtini müәyyәn etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Satter H. Paul Ehrlich // Encyclopædia Britannica (ing.).
  2. 2,0 2,1 2,2 2,3 Paul Ehrlich // Who Named It? (ing.).
  3. 3,0 3,1 Deutsche Nationalbibliothek Record #118529358 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 4,0 4,1 4,2 4,3 www.accademiadellescienze.it (it.).