Pilotsuz uçuş aparatı — Vikipediya

Elbit Hermes 450

Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır.[1] PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur.[2]

Etimologiya[redaktə | mənbəni redaktə et]

İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ICAO's circular 328 AN/190 : Unmanned Aircraft Systems" (PDF). ICAO. 2017-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-15.
  2. "PUA, yoxsa Dron?". ordu.az. ordu.az. 15 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 may 2019.