Plovtəpə yaşayış yeri — Vikipediya

Plovtəpə yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonundakı Sabirkənd
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Plovtəpə yaşayış yeri (Azərbaycan)
Plovtəpə yaşayış yeri

Plovtəpə yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənddən 2 km şərqində, Gilan çayın sol sahilində son Tunc və ilk Dəmir dövrlərinə aid yaşayış yeri.

1975-1976-cı illərdə tədqiq edilmişdir. Sahəsi təqribən 5 ha.-dır.[1]

Abidənin bəzi yerlərinin korlanıb dağılmasına baxmayaraq, tikinti qalıqları, daş yığıntıları aydın izlənilir. Daş və çiy kərpicdən tikinti məskənlərinin bünövrələri aşkar olunmuşdur. Yerüstü materiallar gil qab nümunələrindən, daş əmək alətlərindən və s.-dən, mədəni təbəqə kül qarışıq gil laylarından ibarətdir: keramika məmulatı, xırdabuynuzlu heyvan sümükləri, əmək alətləri, həmçinin çaxmaq daşı və obsidian (dəvəgözü) qırıntıları və s. aşkar olunmuşdur. Tapıntılara əsasən Plovtəpənin e.ə. II–I minilliklərə aid olması ehtimal edilir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.408  (az.)
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.409  (az.)