Pol Klodel — Vikipediya

Pol Klodel
fr. Paul Claudel
Doğum adı Paul Louis Charles Claudel
Təxəllüsü Delachapelle
Doğum tarixi 6 avqust 1868(1868-08-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1955(1955-02-23)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti dramaturq, şair, diplomat, esseist, librettoçu, yazıçı, sənətşünas
Fəaliyyət illəri 1890–1955
Əsərlərinin dili fransız dili
Janrlar teatr, poeziya, esse
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı
İmza
paul-claudel.net
Vikimənbənin loqosu Pol Klodel Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Klodel (6 avqust 1868[1][2][…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası[5]23 fevral 1955[1][2][…], Paris, Dördüncü Fransa Respublikası[5]) – Fransa şairi, dramaturqu və diplomatı.[6] Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur.[6] Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir.[6]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır.[6] Otuz il boyunca ABŞ, Çin, AvropaCənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir.[6] 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir.[6] Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur.[6] 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.[6]

Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr. L'Oiseau noir dans le soleil levant; 1928) adlı əsərində toplamışdır.[6] Ən məşhur pyesi hesab olunan "Atlas başmaq" pyesini 1927-ci ildə Tokioda yaşayarkən tamamlamışdır.[6]

1927-ci ildə Vaşinqtona təyin olunmuş, Brian-Kelloq paktının imzalanmasında vacib rol oynamışdır.[6] 1935-ci ildə Belçikanın Brüssel şəhərində diplomatik karyerasını başa çatdırmış, müxtəlif pyeslər, poemalar, esselər yazmağa davam etmişdir.[6] 1946-cı ildə Fransa Akademiyasının üzvü seçilmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Paul Claudel // Encyclopædia Britannica (ing.).
  3. RKDartists (nid.).
  4. 1 2 Fransa Akademiyası (fr.). 1635.
  5. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Kodansha Encyclopedia of Japan. səh. 325

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan. I cild. Tokio: Kodansha. 1983. səh. 327. ISBN 0-87011-621-5. İstifadə tarixi: 7 noyabr 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]