Qırıxlı məscidi — Vikipediya

Qırıxlı məscidi
Xəritə
40°39′58″ şm. e. 46°19′39″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti stabil
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qırıxlı məscidiGəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid.[1] Məscid 1650-cı ildə bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir.[2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur. Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur. Məscidin ibadət salonu dairəvi formadadır. Bünövrəsi çay daşından və gil məhlulundan qoyulmuşdur. Divarları ağ gildən, kərpiclə hörülüb. Məscid ibadət salonundan, iki əlavə otaqdan ibarətdir. Abidənin köhnə qapıları iki tağlı imiş və bu o dövrün məscidləri üçün xarakterik sayılır. Abidə xaricdən dördküncdür. İçərisində minbərsiz hücrə var. İbadət salonunun darovsarında ərəb əlifbası ilə ağ rəng içərisində göy hərflərlə yazı yazılmışdır. Bunlar "Quran"dan surələrdir. Abidənin gümbəzi üstündə bir böyük və iki kiçik aypara var.[3] Sovet işğalından sonra bir müddət Yaşıl aptek kimi istifadə olunub. 2003-cü və 2018-ci illərdə isə təmir olunub və məscid kimi fəaliyyətini bərpa edib.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 206-209.
  2. Kamilə Seyidli. ""İslam Həmrəyliyi İli"nin elan olunması Azərbaycanın bütün dünyaya sülh çağırışıdır". ganjanews.az. 10 fevral 2017. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.
  3. Sevinc Abdullayeva. "Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu". 525-ci qəzet. 21 oktyabr 2014. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.
  4. Sənubər Göyüşqızı. "Gəncədə məscidlər əsaslı təmir edilib". ganjanews.az. 18 sentyabr 2018. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.