Qızıl Orda — Vikipediya

Ulus
Qızıl Orda
Зүчийн улс (Cuçinin ulusu)
Bayraq Gerb
Bayraq Gerb
1300 ildə Qızıl Orda-nın ərazisi
1300 ildə Qızıl Orda-nın ərazisi
 
 
 
 
1243 — 1502

Paytaxt Saray-Batu, Saray Bərkə, Bolqar
Dilləri Monqol dili, Qədim qıpçaq dili, Qədim Tatar dili[d], Uyğur dili
Rəsmi dilləri Qıpçaq dili
Dövlət dini Şamanizm, Tenqriçilik, Buddizm (1243-1313)
İslam, Hənəfi məzhəbi[1] (1313-1502)
Ərazisi
  • təq. 6.000.000 km²
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, AvropaAsiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə KrımQıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi. Bundan əlavə, sürüləri otarmaq və köç salmaq üçün əlverişli olan Aşağı Volqa eyni zamanda əkinçilik ərazilərinə yaxın idi. Taxıla həmişə ehtiyac hiss edən monqollar bu yerlərin əhəmiyyətini başa düşürdülər. Onlara taxılı bulqar və qismən də rus knyazlıqları verirdi.

Qızıl Orda ilk vaxtlar böyük monqol xanına tabe idi. XIII əsrin ortalarından etibarən isə müstəqil dövlətə çevrildi. Dövlətin rəsmi dili Çağatay türkcəsi idi. Batı xanın vəfatından sonra hakimiyyətə qardaşı Bərkə xan (1257-1266) keçdi. Bərkə xan Monqol dövləti daxilində baş verən çəkişmələrdən istifadə edərək dövlətin müstəqilliyini daha da möhkəmləndirdi. Qafqaz uğrunda digər qüdrətli monqol dövləti olan Hülakülərlə toqquşmalı oldu. Hülakülərlə münasibətlərin kəskinləşməsi Qızıl Orda ilə Misir məmlükləri arasında hərbi-siyası ittifaqın qırılmasına səbəb oldu. Bərkə xan 1265-ci ildə qardaşı oğlu Noqayın komandanlığı altında 20 minlik ordunu Bizans üzərinə göndərdi. Dunayın cənubunda olan bu döyüşdə bizanslılar məğlub olub Bulqar torpaqlarını tərk etməyə məcbur oldular. Bərkə xandan sonra hakimiyyətə növbə ilə Batı xanın nəvələri Məngi Teymur, Tuta Məngü və Teleboğa gəldi. Lakin əslində hakimiyyəti dövlətdə və ordu içərisində böyük nüfuzu olan Noqay xan idarə edirdi. 1291-ci ildə hakimiyyətə gələn Toqta xan uzun mübarizədən sonra 1300-cü ildə Noqay xana qalib gələrək onu öldürtdü. Bu vaxtdan etibarən Aşağı İdil, Yayik (Ural) və Əmbə çayları ətrafında yaşayan və Noqay xana tabe olan tayfalar Noqaylar adlanmağa başladı.

Qızıl Orda xanları 1282-ci ilədək dövlətin uluslara ayrılması meyllərini boğa bilirdilər. XIII əsrin 80-ci illərindən etibarən başlayan daxili çəkişmələr və ziddiyyətlər dövləti zəiflədirdi. Lakin hakimiyyətə gələn Özbək xan (1313-1342) ara müharibələrinə son qoydu. Özbək xan hakimiyyətə gələn kimi İslam dinini qəbul etdi və bu dini dövlətin bütün təbəqələrinə yayılmasına çalışdı. Bundan başqa onun dövründə dövlətin türkləşməsi prosesi başa çatdı. O, Azərbaycanı işğal etdi, rus knyazlarından alınan vergi sistemində dəyişiklik etdi. Onun və oğlu Canı bəyin dövründə (1342-1357) dövlət hərbi cəhətdən də xeyli qüvvətlənmişdi. Canı bəyin öldürülməsindən sonra dövlətdə yenidən daxili çəkişmələr gücləndi. 1357-1380-ci illərdə Qızıl Ordada 25-dən artıq xan dəyişmişdi. XIV əsrin 60-cı illərində Xarəzm müstəqilləşdi, Həştərxan da Qızıl Ordadan ayırldı. Polşa və Litva Qızıl Ordaya məxsus Dneprboyu torpaqları işğal etdi. Qızıl Ordanın zəifləməsindən istifadə edən rus knyazları Dmitri Donskoyun başçılığı altında öz qüvvələrini birləşdirərək 1380-ci ildə Kulikovo döyüşündə Qızıl Orda xanı Mamayı ağır məğlubiyyətə uğratdılar. Bu zaman Qızıl Ordada hakimiyyəti ələ alan Toxtamış xan (1380-1395) mərkəzi hakimiyyəti gücləndirməyi bacardı. 1382-ci ildə Toxtamış Moskvanı tutaraq yandırdı. Sonra isə Əmir Teymura qarşı mübarizəyə başladı. Türk dünyasının bu iki mahir sərkərdəsi arasında baş verən mənasız çarpışmalar 1395-ci ildə Toxtamışın Terek döyüşündə ağır məğlubiyyəti ilə nəticələndi.

Bu məğlubiyyətdən sonra Qızıl Orda dövləti bir daha özünə gələ bilmədi. Güclənmiş Litva dövləti Qızıl Ordanı daim sıxışdırmağa başladı. XV əsrin 20-ci illərindən başlayaraq Qızıl Orda parçalandı. Qızıl Orda ərazisində Noqay Ordası dövləti, həmçinin Qazan, Həştərxan, Özbək, Sibir və digər xanlıqlar yaradıldı.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Bu dövlət qərbdə Dunaydan Fin körfəzinə, şərqdə İrtış hövzəsindən Ob çayının aşağı axınına, cənubda Qara dəniz, Xəzər dənizi, Aral dəniziBalxaş gölünə, şimalda Novqorod torpaqlarınadək ərazini əhatə edirdi. Lakin rus knyazlıqları coğrafi olaraq Qızıl Ordaya daxil deyildi, onlar vassal asılılğında idilər. Qızıl Ordanın paytaxtı əvvəl Saray-Batı, XIV əsrin ortalarından etibarən isə Saray-Bərkə şəhəri olub. Rus mənbələrində bu dövlət Qızıl Orda, şərq qaynaqlarında isə "Cuci ulusu", "Dəsti-Qıpçaq" və ya "Göy Orda" adı ilə məlumdur.

Dövlət quruluşu[redaktə | mənbəni redaktə et]

Dövlətin başında Xan dayanırdı. Dövləti Xan evi idarə edirdi (Yəni Xan, Oğulları və digər ailə üzvləri). Xan evindən başqa Dövləti Qızıl ordanın varlı şəxsləri və Bəyləri (Noyonlar) idarə edirdilər.Hərbi işlərlə Bəylər-bəy məşğul idi, digər işlərlə isə Vəzirlər. Vergi yığan şəxs Baskak adı daşayırdılar. Ordunun başında "oğlanlar" idi

Ticarət[redaktə | mənbəni redaktə et]

Qızıl Orda sikkələri
Qızıl Orda sikkələri

Qızıl Orda ticarət karvanlarının yollarında yerləşirdi, belə ki,buraya Qafqazdan, Misirdən, Hindistandan, Qərbi avropadan alıcılar gəlirdilər. Qızıl orda Feodalları ticarətdən "Baxış" aldığlarına görə ticarətin inkişafını çox dəstəkləyirdi və inkişafında güc əsirgəmirdi, buna görə də XIII əsrXIV əsrin birinci yarsında Kərvan yolları və kərvənlarla ticarət böyük inkişaf etmişdir.Kərvanların təhlükəsizliyi haqqında Peqolloti belə yazırdı "Tandan Çinə gedən yol alıcıların sözlərinə inansaq səhər və gecə tam təhlükəsizdir, yalnız alıcı yolda ölərsə onun malı və var dövləti öldüyü torpağın məmuruna verilir. Amma əgər həmin yerdə ölünün yaxın dostu və ya qardaşı varsa və ya kimsə ölünün qardaşı olduğunu deyərsə bütün mallar ona təhvil verilir" Amma bu ticarətdə Qızıl Orda malları çox az idi belə ki malların çoxu xarici idi.Dəşti-Qıpcağ köçərilərin ticarətdə iştirakı məhdudlarşdırılırdı. Belə ki Qıpcaq-ların satdığı yalnız mal-qara əsasən isə atlar idi. Ərəb səyahətçisi İbn-Batut atlarla ticarətdən bu sözləri yazıb "bu diyarda (dəşt-i-qıpcağ) atlar həddindən artıq çoxdur. Əla atların qiyməti 50,60 dirxəm-dir bizim 1 dinər "

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Raičius, Egdūnas. Muslims in Eastern Europe. Ediniburgh University Press. 2018. səh. 25. ISBN 1-4744-1579-8.

Mənbə[redaktə | mənbəni redaktə et]