Qələdüz — Vikipediya

Qələdüz
41°21′08″ şm. e. 48°26′20″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 779 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qələdüz xəritədə
Qələdüz
Qələdüz

QələdüzAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir[1].

Toponimikası[redaktə | mənbəni redaktə et]

Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir. Bu terminə Ərəbistan, Dağıstan, Orta Asiya, tran, Əfqanıstan və Türkiyənin toponimik adlarının tərkibində təsadüf edilir. Düz topo¬nimiyada həm tərkib hissə (Düzqışlaq kəndi, Qələdüz kəndi yə s.), həm də nomenklatur termin (Muğan düzü, Mil düzü, Qarabağ düzü, Şirvan düzü və s.) kimi işlənir. Düz-enişi, yoxuşu, təpəsi olmayan, ümumi fonddan çox da kənara çıxmayan hamar relyef səthinə deyilir.[2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Turizm[redaktə | mənbəni redaktə et]

Kənd dağ turizmi üçün əlverişli şəraitə malikdir.[4] Kənddə qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri-adi "Təyyarə restoran"ı fəaliyyət göstərir.[4] Həmin restoranın hazırlanmasında Rusiya istehsalı olan "Tu-134B" markalı təyyarənin qalığından istifadə edilmişdir.[4][5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. 4,0 4,1 4,2 “Daily Mail” Azərbaycandakı qeyri-adi restorandan yazdı Arxivləşdirilib 2014-05-12 at the Wayback Machine. qafqazinfo.az  (az.)
  5. Would YOU eat here? Azerbaijan hopes this unusual restaurant in a plane will become its hottest tourist attraction Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine dailymail.co.uk  (az.)