Qara qanadlı ördək (personaj) — Vikipediya

  Qara qanadlı ördək  
ing. Darkwing Duck
Ümumi məlumat
Yaradıcı(lar) Ted Stouns və Yan Brill
Xüsusiyyətləti
Ailə Qosalin-qızı
Cinsi kişi
Saç rəngi
Dəri rəngi
Dostları Qosalin Mallard, Ziqzaq MakKryak, Morqana MakAbr, Neptuliya, Qoqa Madlfut, Binki Madlfut, Herbert Madlfut, Stiqmat, Doktor Sara Bellum
Düşmənləri Antiplaş-Neqadak, Meqavolt, Doktor Recinald. Buşrut, Likviad, Kvaqa, Taras Bulba, Taskernini, Pr.Moliarti
Görünüş ördək
Vətəndaşlıq ABŞ
Dünya Yaxşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qara qanadlı ördək (ing. Darkwing Duck) — 1991-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajı. Bu personaj 1991-1992-ci illərdə istehsal edilən "Qara qanadlı ördək" serialının baş qəhrəmanıdır.

Onun əsl adı Dreyk Mallard (Drake Mallard) dır. Personaj komiks müəllifi olan Karl Barks tərəfindən yaradılan, uydurulmuş Sen-Kanar şəhərində yaşayan adi şəxslərdən biridir. Həmçinin, super qəhrəmandır. Cinayətkarlara qarşı mübarizə aparır. Daim ən yaxşı qəhrəman olmaq üçün çalışır.

Ailəsi və dostları[redaktə | mənbəni redaktə et]

Qara qanadlı ördəyə "Qara Plaş" da demək olar. Çünki o, qara, daha doğrusu bənövşəyi plaş geyinir. Cinayətkarlara qarşı mübarizə aparır.

Qara Plaşın ən yaxşı dostu Ziqzaq MakKryakdır. O, təyyarəçi və mexanikdir. Qara Plaşın fanatı olan Ziqzaq onun evində yaşayır.

Qara qanadlı ördəyin Qosalin adında 9 yaşlı,nadinc bir qızı var. Bu da onun öz doğma qızı deyil, övladlığa götürülmüş qızıdır. Çünki uşaq lap kiçik yaşlarında doğma valideynlərini itirmişdi. Bu yaşınadək o, babası ilə yaşayırdı.

Onun ölümündən sonra uşaq evində böyüyür və nəhayət, Qara Plaş bu uşağı öz himayəsinə götürür. Qosalin dəcəl, sözəbaxmaz qızdır. Odur ki, Qara Plaş ilk dəfələrdə onu övladlığa götürdüyünə görə peşman oldu. Ancaq bu uzun sürmədi. Onlar bir-birlərinə çox tez öyrəşdilər. Onlar bir-birlərini çox istəyirdilər. Qosalin bənövşəyi rəngli, çəhrayı kantlı, üzərində 1 rəqəmi yazılmış qısaqol köynək geyinir. Gözləri yaşıldır. Saçları kürəndir. Çəhrayı idman ayaqqabısı və ağ corablar geyinir. İdmanı, video oyunları, musiqini, qorxulu filmləri xoşlayır. Ən sevimli idman növü hokkeydir. II yeri isə beysbol tutur.

Bəzən cinayətlə mübarizə işlərində atasına kömək etmək istəyir. Məlumdur ki, bu, uşaq işi deyil. Ona görə də atası Qusyonaya bu işi görməyə icazə vermir. Qosalin həqiqi və sadiq dostdur.

Qonşu Madlfutlar ailəsinin kiçik oğlu Qoqa Qusyona (Qosalin) ilə yaşıddır. Qoqa 9 yaşlı məktəbli oğlandır.Qusyona ilə bir sinifdə oxuyurlar. Onu digərlərindən fərqləndirən əsas cəhəti odur ki, yaş səviyyəsi üçün çox yüksək olan intellektə (zəkaya) malikdir. Qoqa isə qısaqol yaşıl köynək geyinir. O, eynək taxır. Lazım olanda Qara Plaşa kömək edir. Çoxlu kitab oxuyur. Qosalin super qəhrəman roluna girəndə o da köməkçi rolunu oynayırdı. O da Qosalin kimi mehriban və həqiqi dostdur.

Qoqanın böyük qardaşı Tank Madlfutdur. Tank 12-13 yaşlı məktəblidir. Xasiyyətcə çox kobud və dalaşqandır. Kiçik qardaşı Qoqaya göz verib işıq vermir. Çünki o, çox yaxşı bilir ki, Qoqa ondan daha ağıllıdır.

Tank və Qoqanın valideynləri Qara Plaşın qonşuları Herbert və Binki Madlfutlardır. Herbert Qoqanın atasıdır. Təxminən Qara Plaşla yaşıddır (Qara Plaşın 37 yaşı var). Xeyirxah, mehriban, zəhmətkeş və qonaqpərvərdir. Binki Madlfut-Herbertin arvadı, Qoqa və Tankın anasıdır. Yaşca Herbertdən bir qədər kiçikdir. Evdar qadındır. Mehriban, xeyirxah və sadəlöhvdür. Onun Trudi adlı əkiz bacısı var. Madlfutlar Qara Plaşı "Dreyk Mallard"adı ilə tanıyırlar. Qoqa ailənin yeganə üzvüdür ki, Qara Plaşın sirlərini bilir. Odur ki, bütün Sen-Kanarın "Qara Qanadlı Ördək"adı ilə tanıdığı naməlum "şəxsin" qonşu Dreyk olması da Qoqaya aydındır. Əvvəllər Dreyk bu qonşularını bəyənmirdi. Lakin sonradan o, qonşularına başqa gözlə baxmağa başladı.

Qara Plaşın Morqana MakAbr (Morgana MacAwber) adlı rəfiqəsi var. Morqananın qara saçları, uzun qırmızı paltarı var. Hər kiçik şeyə görə inciyir. Sehrlə, cadu ilə məşğuldur. Arçi adlı böcəyi, İk və Pik adlı yarasaları var. O, Transilvaniyada yaşayır. Onun evi əsl qorxu evidir.

Gizmo-dak Qara Plaşın rəqibidir. O da super qəhrəmandır. Ağ robot kostyumu geyinir. Bəzən Sen-Kanarda "ən yaxşı qəhrəman " adını qazanır. Bu da Qara Plaşımızın heç xoşuna gəlmir. Və mübarizə yolu ilə ona qalib gələ bilir. Gizmo-dakın əsl adı Fenton Kryakşelldir. Daksburq şəhərində Skruc MakDakın bankında mühasib işləyir və eyni zamanda yaşadığı şəhərin qəhrəmanıdır. Qara Plaşla həm dost, həm də rəqibdirlər. Ziqzaqın dostudur. Ziqzaq da Daksburqdan gəlib. 

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]