Qrafik redaktorlar — Vikipediya

JPEG formatındakı şəkil — piksel qrafikası
vektorlaşdırılmış şəkil — vektor qrafikası

Qrafik redaktorlarinformatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel DRAW, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.[1]

Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal.

Rastr qrafika[redaktə | mənbəni redaktə et]

Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir. Rastr təsvirlərin mənfi cəhəti kompüterin yaddaşında iri həcmli yer tutmasıdır, bu da təsvirin hər bir nöqtəsinin yaddaşda özünəməxsus həcm ayırması ilə izah olunur[2].

Vektor qrafika[redaktə | mənbəni redaktə et]

Vektor qrafika redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə təyin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafiki əks olunma daha sadə və asandir. Vektor qrafik redaktorlarına Adobe İllusrator, Macrpmedia FreehandCorel DRAW proqramları daxildir.

Fraktal qrafika[redaktə | mənbəni redaktə et]

Fraktal qrafika vektor qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, süxur laylarının və s. imitasiyaları yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fraktal üçbucaq fraktal qrafikaya missal ola bilər.

Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kimi əlavə font Paint Net". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  2. Gözəlova R. Y., Gözəlova H. Y. "CorelDraw" Praktiki Vəsait, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 226 səh., ISBN 978-9952-434-62-0