Quqol — Vikipediya

Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd:

10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000.

Terminin tarixi[redaktə | mənbəni redaktə et]

1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu.

Quqol ədəd kimi[redaktə | mənbəni redaktə et]

Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur[1]

Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır:

0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002

Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır:

1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016

Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar. 70! quqol ədədindən təxmindən 20 % çoxdur:

70! 11 978 571 669 969 891 796 072 783 721 689 098 736 458 938 142 546 425 857 555 362 864 628 009 582 789 845 319 680 000 000 000 000 = 000 ≈ 1,197857 × 10100

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Onluq dərəcədə olan ədədlərin tam bölənlərinin sayı (dərəcə + 1)2 düsturuna əsasən tapılır ki, quqol ədədində tam bölənlərin sayı (100+1) 2 = 1012 = 10201 bərabərdir.