Qurdbulaq — Vikipediya

kənd
Qurdbulaq
41°01′04″ şm. e. 43°49′24″ ş. u.
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Qızıl Qoç rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.995 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 466 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qurdbulaq xəritədə
Qurdbulaq
Qurdbulaq

Qurdbulaq, Qurdlubulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəndin digər adı "Qurdbulaq"dır[3]. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur.

Toponimi[redaktə | mənbəni redaktə et]

Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş "yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan" mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qurdlu bulaq yanında salınan kənd" mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. Bu toponimdə "qurd" sözünün mə'nasını müəyyən etmək çətindir. Onun Azərbaycan dilində qurd (canavar), yaxud qurd (böcək) sözlərindən ibarət olması ehtimsl olunur. Bəlkə də farsca kord "su yığılan çökək yer" sözündəndir.[4]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir[5][6].1880-ci ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1879–80-ci illərdə Türkiyədən köçürülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20
  4. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гурдбулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  5. Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
  6. Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962.