Quruçay (Xaçmaz) — Vikipediya

Quruçay
Ölkə
Uzunluğu
  • 77 km
Hövzəsinin sahəsi 220 km²

Quruçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. Başlanğıcını Baş Qafqazın Yan silsiləsindən - Susay-Qrız yolu üstündəki aşırımdan (2550 m) alır. Yuxarı axımında Susayçay, düzənlikdə isə Mazarçay adlanır.

Çayın illik axımı yağış, yeraltı və qismən də qar sularından əmələ gəlir.

Orta illik su sərfi 0,90 kub m/san-dir. İllik axımının 60-70%-i yaz-yay, 20-30%-i isə payız-qış fəslində keçir. Çaydan bütün axımı boyu suvarma işlərində geniş istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Quruçay (Quba-Xaçmaz)". 2005-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-24.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]