Rüstəm İsmayılov — Vikipediya

Rüstəm İsmayılov
1967 – 1970
ƏvvəlkiZahid Xəlilov
SonrakıHəsən Abdullayev
bayraq
Azərbaycan SSR neftayırma və neft-kimya sənayesi naziri
bayraq2
20 oktyabr 1965 – 1967
Əvvəlkivəzifə təsis edilib
SonrakıMəmmədağa Məmmədov
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini
1952 – 1954
1950 – 1952
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1909(1909-07-01)
Doğum yeri
Vəfat tarixi 1 iyun 1972(1972-06-01) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi neft kimyası
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1948
"Lenin" ordeni — 1948 "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1964 3-cü dərəcəli "Stalin" mükafatı — 1948 Azərbaycan SSR Dövlət mükafatı — 1976

İsmayılov Rüstəm Hacıəli oğlu (1 iyul 1909, Bakı1 iyun 1972, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1962) və prezidenti (1967–1970), Azərbaycan SSR Ali Sovetinin deputatı (2, 3, 6 və 7-ci çağırışlar), Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR əməkdar elm xadimi (1964).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüstəm İsmayılov 1 iyul 1909-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirmişdir (1933).

R. İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1958-ci ildə professor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.

O, 1954–1959-cu illərdə "AzərNeftzavodları" Birliyinin baş mühəndisi olmuşdur.

1970–1972-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır.[2]

1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir[3].

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

R. İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

İkinciDünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesinin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. Məhz R. İsmayılovun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülmüşdür. Onun rəhbərliyi altında müharibədən sonrakı illərdə neft emalı sənayesinin işi daha da təkmilləşmiş, yeni istehsalatlar yaradılmışdır.

R. İsmayılovun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mühüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırılması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olmuşdur. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin İkinci Dünya müharibəsi illərində çox qiymətli idi.

R. İsmayılovun müxtəlif karbohidrogen birləşmələrinin alkilləşdirilməsi, oliqomerləşdirilməsi və polimerləşdirilməsi sahəsindəki işləri böyük maraqla qarşılanmışdır.

R. İsmayılov xlorüzvi sintezinin istehsalata tətbiqi texnologiyasının təkmilləşdirilməsi sahəsində böyük rol oynamışdır.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Əsas elmi işləri neft kimyasına və neft emalı texnologiyasına aiddir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətləri olmuşdur. Azərbaycanda neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşdirilməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Azərbaycanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rüstəm İsmayılov 1950–1952-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1952–1954-cü illərdə sədr müavini olmuşdur

Rüstəm İsmayılov 1959–1961-ci illərdə Azərbaycan SSR XTŞ Neft emalı və Kimya sənayesinin idarə rəisi, 1961–1965-ci illərdə isə Azərbaycan SSR XTŞ sədrinin birinci müavini olmuşdur.

O, 1965–1967-ci illərdə Azərbaycan SSRİ neft emalı və neft-kimya sənayesi naziri vəzifəsini tutmuşdur.

Rüstəm İsmayılov 1967–1970-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  2. "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  3. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.