Rəcəb Paşa məscidi — Vikipediya

Rəcəb Paşa məscidi
Xəritə
40°10′09″ şm. e. 44°30′16″ ş. u.
Ölkə
Yerləşir İrəvan, Ermənistan
Sifarişçi Rəcəb Paşa
Tikilmə tarixi 1725
Üslubu İran memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəcəb Paşa məscidi — 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məscid.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı.[2]

Memarlıq quruluşu[redaktə | mənbəni redaktə et]

Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi.[3][4]

Tarixi[redaktə | mənbəni redaktə et]

İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı.[5] Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə İrəvan xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan "Allahsızlar" kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də sökülərək məhv edilmişdir.[6]

Həmçinin oxu[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məscidlər". iravan.preslib.az. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023.
  2. "İrəvan məscidləri". modern.az. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023.
  3. "Məscidlər". İrəvan.com (az.). 2016-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  4. "Rəcəb paşa məscidi". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2023.
  5. Şərif Əziz. Keçmiş günlərdən. Bakı, "Yazıçı", 1983, səh.44–47.
  6. "info-turc". 2008-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-18.