Radoslav Voytaşek — Vikipediya

Radoslav Voytaşek
pol. Radosław Wojtaszek
Radoslav Voytaşek 2022-ci ildə
Radoslav Voytaşek 2022-ci ildə
Ölkə Polşa Polşa
Doğum tarixi (37 yaş)
Doğum yeri Elblonq, Polşa
Titulu qrosmeyster (2005)
Son reytinqi
  • 2.671 (fevral 2024)[1]
Maksimal reytinqi 2.750 (yanvar 2017)
FİDE nömrəsi 1118358
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Radoslav Voytaşek (pol. Radosław Wojtaszek; doğ. 13 yanvar 1987) — Polşa şahmatçısı, qrosmeyster (2005), ölkəsinin ən yüksək əmsallı oyunçusudur.

Şahmat karyerası[redaktə | mənbəni redaktə et]

2004-cü ildə 18 yaşadək gənclər arasında Avropa və Dünya Çempionatının,[2] həmçinin Krakov Open şahmat yarışının qalibi olub.[3][4] 2005-ci ildə Polşa çempionatının qalibi olmuşdur.[5]

2006-cı ildə Turində keçirilən 37-ci Şahmat Olimpiadasında Polşa komandasının tərkibində çıxış etmiş və 11 oyundan 9 xal toplamışdır.[6]

2008-ci ilin dekabrında sürətli şahmat üzrə Avropa Çempionatının qalibi olmuşdur.[7]

2009-cu ildə Polşa çempionatının və birinci dəfə keçirilən “Lyublin Qrossmeyster Turniri”nin ikincisi (İsrail şahmatçısı Mixail Royz ilə birlikdə) olub. Eyni ildə həmçinin, Varşavada Migel Naydorfun xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur.

2010-cu ilin yanvarında o, Stokholmda keçirilən 39-cu Rilton Kubokunda — Eduardas Rozentalis, Pavel Ponkratov, Lyuk Makşeynİqor Lısıyla birlikdə 6,5 xal toplayaraq birinci və beşinci yerləri bölüşdürmüş,[8] həmçinin yenidən Polşa çempionatının ikincisi olmuşdur.

2010-cu ilin iyulunda 5-ci Polonia Vrotslav beynəlxalq turnirinin qalibi olub.[9][10] Eyni ilin avqustunda 9 oyundan 6.5 xal toplayaraq Pamplonada keçirilən San Juan beynəlxalq turnirində birinci olmuşdur.[11][12]

Voytaşek Xantı-Mansidə keçirilən 39-cu Şahmat Olimpiadasında ölkəsini birinci lövhədə təmsil etmiş və 9 oyundan 6 xal toplamışdır.

2011-ci ilin iyununda Macarıstanda keçirilən 9-cu Giorgi Marks xatirə turnirinin qalibi olub.[13]

2013-cü ilin dekabrında 37-ci Sürix Kristmas Open turnirində birinci olub.[14]

2014-cü ildə karyerasında ikinci, 2016-cı ildə isə üçüncü dəfə Polşa çempionu olmuşdur.[15]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Voytaşek 2015-ci ilin iyulunda rusiyalı beynəlxalq usta Alina Kaşlinskaya ilə evlənib.[16]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. FİDE FIDE Standard Ratings as of 29 february 2024. 2024.
  2. "World Youth Chess Championships 2004". Greekchess.com. 2004-11-14. 2011-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
  3. "Cracovia Open 2004". 2012-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  4. "Highlights of Cracovia 2004". 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
  5. Schüler gewinnt polnische Meisterschaft Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine ChessBase.de 2005-05-29  (alm.)
  6. Wojciech Bartelski. "Men's Chess Olympiads :: Radosław Wojtaszek". OlimpBase. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
  7. "Wyniki końcowe - runda 13". Poloniachess.pl. 2008-12-20. 2018-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
  8. Crowther, Mark. "Rilton Cup 2009-10". The Week in Chess. 2010-01-11. 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  9. "www.festiwalszachowy.eu". Turniej.polonia.wroclaw.pl. 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
  10. Mark Crowther. "Polonia Wroclaw Chess Festival". The Week in Chess. 2010-06-28. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  11. Mark Crowther. "IV Torneo Internacional A.D.San Juan". The Week in Chess. 2010-08-09. 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  12. "IV Torneo Internacional A.D.San Juan". Chess-Results. 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-20.
  13. Crowther, Mark. "IX Gyorgy Marx Memorial". The Week in Chess. 2011-06-20. 2019-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  14. "Wojtaszek is first at Zurich Open". ChessBase. 2013-01-03. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2014.
  15. "Mistrzostwa Polskich w Szachach, Final Standings". 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  16. "Another Chess Family Will Be Born Today in Moscow". Chess-news.ru. 2015-09-07. 2015-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]