Ramiz Məmmədov (aktyor) — Vikipediya

Ramiz Məmmədov
Ramiz Soltanəl oğlu Məmmədov
Doğum tarixi 26 sentyabr 1951(1951-09-26)
Doğum yeri
Vəfat tarixi 21 mart 2021(2021-03-21) (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2013 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
IMDb ID3178478

Ramiz Məmmədov (26 sentyabr 1951, Bakı21 mart 2021, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramiz Məmmədov 26 sentyabr 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R. Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır.

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R. Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır.

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.

R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insandır. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübutdur.

28 oktyabr 2000-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.

R. Məmmədov indi yaradıcılığının çiçəklənmə və inkişaf dövrünü yaşayır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2] və 6 may 2016-cı ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Ramiz Məmmədov 21 mart 2021-ci ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.[4][5]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. "Xalq artisti Ramiz Məmmədov dünyasını dəyişib". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  5. ATV. "Xalq artisti Ramiz Məmmədov 65 yaşında vəfat edib" (az.). Youtube.com. 21.03.2021. İstifadə tarixi: 2021-03-22.

Mənbə[redaktə | mənbəni redaktə et]