Riçard Aksel — Vikipediya

Riçard Aksel
Richard Axel
Doğum tarixi (77 yaş)
Doğum yeri ABŞ, Nyu-York
Vətəndaşlığı ABŞ
Elm sahələri nevrologiya, molekular biologiya, fiziologiya
Elmi dərəcəsi PhD
Elmi adı professor
İş yeri Kolumbiya Universiteti
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatıFiziologiya və tibb üzrə Nobel mükafatı (2004)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Aksel (ing. Richard Axel) - amerikan alim, molekular bioloq, 2004-cü ildə iybilmə reseptorlarının kəşfi və iybilmə sisteminin quruluşu üzrə araşdırmalarına görə Dr. Linda B. Buck-la birgə Nobel mükafatına layiq görülüb [2].

Həyatı[redaktə | mənbəni redaktə et]

Riçard Aksel 1946-cı ilin iyul ayının 2-də ABŞ-də Nyu-York şəhərində anadan olub. 1970-ci ildə Johns Hopkins Universitetini bitirib. 1978-ci ildə Columbia Universitetinin Patologiya and Biokimya fakultəsinin professoru olub. 1984-ci ildən bəri Columbia Universitetinin nəznində Howard Hughes Tibb İnstitutunun araşdırmacısı, 1999-cu ildən isə Universitet professorudur.

Üzvlüklər və ödüllər[redaktə | mənbəni redaktə et]

1969 - Johns Hopkins adına Tibbi Toplumun Tədqiqat Ödülü
1983 - Eli Lilly Ödülü
1983 - Amerikada Milli Elmlər Akademiyasının üzvü
1983 - Amerikada Humanitar və Təbii Elmlər Akademiyasının üzvü
1984 - Nyu-York Akademiyasının biologiya və tibb üzrə Təbii Elmlər ödülü
1989 - Amerikanın Milli Elmlər Akademiyasının Riçard Lounsbery ödülü
1996 - Dr. Linda Buck ilə birgə Unilever Təbii Elmlər Ödülü
1997 - Elm və Texnologiyada Təkmilləşməyə görə Nyu-York Şəhər Merinin Ödülü
1998 - Nevrologiji tədqatda yüksək nailiyyətlərə görə Bristol-Myers Squibb Ödülü
1999 - Columbia Universitetinin Aleksander Hamilton Ödülü
2001 - Biotibbi elmlərdə yüksək xidmətlərə görə Nyu-York Tibbi Academiyasının medalı
2003 - Gairdner Fondunun Nevrologiyada nailiyyətlərinə görə Beynəlxalq ödülü
2003 - Dr. Linda Buck birgə Perl/UNC Nevroloji mükafatı
2003 - Amerikan Fəlsəfə Cəmiyyətinin üzvü [3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 NNDB (ing.). 2002.
  2. "The official web site of the Nobel Prize. Richard Axel - Facts". 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
  3. "The official web site of the Nobel Prize - Curriculum Vitae of Richard Axel". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]