Riçard Nikson — Vikipediya

Riçard Milhaus Nikson
Richard Milhous Nixon
20 yanvar 1969 – 9 avqust 1974
Vitse-prezidentSpiro Aqnyu (1969-1973)
olmayıb (oktyabr-dekabr 1973)
Cerald Ford (1973-1974)
ƏvvəlkiLindon Conson
SonrakıCerald Ford
20 yanvar 1953 – 20 yanvar 1961
PrezidentDuayt Eyzenhauer
ƏvvəlkiOlben Barkli
SonrakıLindon Conson
Şəxsi məlumatlar
Doğum adı Richard Milhous Nixon
Doğum tarixi 9 yanvar 1913(1913-01-09)[1][2][…]
Vəfat tarixi 22 aprel 1994(1994-04-22)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Partiya Respublikaçılar partiyası
Təhsili
İxtisası Hüquqşünas
Fəaliyyəti siyasətçi, zabit, vəkil, avtobioqraf[d], dövlət xadimi
Atası Frensis Nikson
Anası Hanna Milhaus Nikson
Həyat yoldaşı Pet Nikson
Uşaqları Trişiya Nikson Koks
Culi Nikson Eyzenhaver
Dini Protestant-kvaker
Hərbi xidmət
Qoşun növü ABŞ hərbi donanması[3]
Döyüşlər

İmzanın şəkli
nixonlibrary.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Milhaus Nikson (ing. Richard Milhous Nixon; 9 yanvar 1913[1][2][…]22 aprel 1994[1][2][…], Manhetten, Nyu-York ştatı[4]) — Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) və 36-cı vitse-prezidenti (1953-1961).

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

1953-1961-ci illərdə prezident Dvayt Eyzenhaverin kabinetində vitse-prezident vəzifəsini tutan Nikson, 1960-cı il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. 1962-ci ildə Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini versə də, burada da məğlub olmuş və bundan sonra siyasətdən getdiyini açıqlamışdır. Lakin 1968-ci ildə Respublikaçılar partiyası onu prezidentliyə namizəd kimi irəli sürmüş və Nikson bu seçkidə qalib gələrək ABŞ-nin 37-ci prezidenti olmuşdur. 1972-ci il seçkilərində də qələbə qazanan Nikson, həm vitse-prezident, həm də prezident vəzifəsini iki dəfə tutmuş yeganə şəxsdir.

Onun hakimiyyət dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə Strateji silahların məhdudlaşdırılması barədə müqavilənin imzalanması, Ay proqramının uğurla başa çatması və Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunur.

Riçard Nikson istefa vermiş yeganə ABŞ prezidentidir. O, bu addımı Uotergeyt qalmaqalı ilə bağlı ona qarşı impiçment prosedurunun başlanması ilə əlaqədar atmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Richard Nixon // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #11858832X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.