Riser-Larsen dənizi — Vikipediya

Riser-Larsen dənizi
ing. Riiser-Larsen Sea
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 1113300 km²
Dərin yeri 3000 m
Yerləşməsi
68°00′00″ c. e. 22°00′00″ ş. u.
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Riser-Larsen dənizi xəritədə
Riser-Larsen dənizi
Riser-Larsen dənizi

Riser–Larsen dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində Şahzadə Mod Torpağı bölgəsində yerləşir. Lazarev dəniziKosmonavtlar dənizi ilə əhatələnmişdir. Sahəsi 1.113.300 km², böyük hissəsində dərinlik 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Dəniz haqqında ilk məlumatlar F. F. Velinhauzenə məxsusdur. Bu dənizin öyrənilməsində Sovet arktik ekspedisiyası böyük rol oynamışdır. Cənub okeanın bu hissəsi məhz onlar tərəfindən 1962-ci ildə müstəqil dəniz olması təstiqlənmişdir. Sahillərində elmi stansiya yoxdur. Daxili rayinlarda isə Yaponiyaya məxsus Asuk elmi-tətqiqat stansiyası fəaliyyət göstərir. Dəniz Antarktida araşdırmaçısı olan norveçli Y. Riser-Larsenin şərəfinə adlandırılmışdır.

İqlimi[redaktə | mənbəni redaktə et]

İlin böyük qismi buzla örtülü olur. Qısa yay mövsümü ərzində hərəkət edən buzlar və iri aysberlərlə dolur. Buzlar əsasən dəniz daxilində hərəkət edir. Burada güçlü küləklər əsir. İl boyu temperatur 0 °C yuxarı qalxmır. O hissələrdə ki, dəniz buzdan azad olur (şimalda) orada temperatur 0 °C yüksək ola bilir.

Canlılar aləmi[redaktə | mənbəni redaktə et]

Dəniz sahilin genişliyi canlılar özünə cəlb edir. Burada çoxlu sayda quş dəstələri məskən salır. Onlar əsasən Avstraliya, Cənubi Amerika və Afrikadan gələn quşlar təşkil edir. Bunlara misal kimi Albatrosları və sahil göyərcinlərini miisal göstərmək olar. Sularında bir sıra balıq növlərinə rast gəlmək olar. Məməlilərdən dəniz bəbiri, dəniz fili və yengəcyeyən suitilərinə rast gəlinir. Bəzən burada Balina ailəsidə görünür.

Mənbə[redaktə | mənbəni redaktə et]