Robert Berns — Vikipediya

Robert Berns
ing. Robert Burns
Doğum tarixi 25 yanvar 1759(1759-01-25)[1][2][…]
Vəfat tarixi 21 iyul 1796(1796-07-21)[3][4][…] (37 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti mahnı müəllifi[d], şair, yazıçı, musiqişünas, fermer
Əsərlərinin dili Skats dili
İstiqamət romantizm
Janrlar şeir, mahnı, ballada, kantata
Tanınmış əsərləri
İmza
robertburns.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Berns (ş.german ing. Robert Burns, şot.kelt Raibeart Burns; 1759–1796) — Böyük Britaniya şairi, folklorçusu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Robert Berns 15 yanvar 1759-cu ildə Şotlandiyada Allouey kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Berns öz yaradıcılığına təxminən 14–15 yaşlarından başlamışdır.

Rəvayətə görə, Berns çox zaman öz şeirlərini tarlada iş vaxtında yazarmış. Berns şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu.

Bernsin şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi. O, bir şeirində açıq yazmışdı ki, "mən Şotlandiya yoxsullarına fayda verməyə hazıram, mənim mahnılarım onlar üçündür".

Şotlandiya kəndlilərinin zadəganlara və varlılara nifrətini, azadlığa məhəbbətini Berns məşhur "Namuslu yoxsulluq", "Azadlıq ağacı" şeirlərində ifadə etmişdir.

Şairin yaratdığı əsərlər arasında onun mifik şeirləri xüsusi yer tutur. Bunlardan "Con Anderson", "Məhəbbət qızılgül kimidir…", "Busə" və başqa şeirləri göstərmək olar. Xəlqilik, sadəlik, emosionallıq, daxili dramatizm Berns şeirinin səciyyəvi xüsusiyyətləridir.

O, 21 iyul 1796-cı ildə Damfris şəhərində vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]