Ruslan Xasbulatov — Vikipediya

Ruslan Xasbulatov
çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов
bayraq
Rusiya Federasiyası
Ali Sovetinin
11-ci sədri
bayraq2
29 oktyabr 1991 – 4 oktyabr 1993
(10 iyul 1991-ci ildən vəzifəni icra edən)
ƏvvəlkiBoris Yeltsin
Sonrakıvəzifə ləğv olundu
bayraq
RSFSR Ali Soveti Sədrinin birinci müavini
bayraq2
5 iyun 1990 – 29 oktyabr 1991
SonrakıSergey Filatov
bayraq
MDB Parlamentlərarası Assambleyası Şurasının sədri
1992 – 1993
Əvvəlkivəzifə təsis edildi
SonrakıVladimir Şumeyko
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr 1942(1942-11-22)[1]
Doğum yeri
Vəfat tarixi 3 yanvar 2023(2023-01-03)[2][3] (80 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d] (–1965)
Fəaliyyəti hüquqşünas
Atası İmran Çukiyeviç Xasbulatov (1905—1944)
Anası Cozvan Yakubovna Xasbulatova (1907—2000)
Dini İslamın sünni məzhəbi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4], iqtisadiyyat[4], hüquq[4]
Elmi dərəcəsi
Elmi adı
İş yeri Plexanov adına RİU

Təltifləri "Əmək igidliyinə görə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruslan İmranoviç Xasbulatov (çeç. Хасболтера Ӏимранан кӏант Руслан, rus. Русла́н Имранович Хасбула́тов; 22 noyabr 1942[1], Qroznı3 yanvar 2023[2][3], Mojaysk rayonu[d], Moskva vilayəti) — çeçen əsilli Rusiya siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), Rusiya Federasiyası Ali Sovetinin son sədri, əvvəlcə Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, sonra əsas rəqibi və 1993-cü ilin oktyabr ayınadək Rusiya konstitusiya böhranının fəal iştirakçısı; 1994-cü ildə "professor Xasbulatovun Çeçenistandakı Sülhməramlı Missiyası"nın təşkilatçısı idi. 1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri.

Həyatı[redaktə | mənbəni redaktə et]

22 noyabr 1942-ci ildə[5] Qroznı şəhərində anadan olmuşdur, əsli Çeçen-İnquş MSSR-in Xaraçoy kəndindən gəlir.[6] Çeçenlərin deportasiyasından sonra Qazaxıstana köçürülmüşdür (Şimali Qazaxıstan vilayəti, Bulayevo rayonu, Poludino kəndinə) və uşaqlığı və gənclik illəri orada keçmişdir. 1962-ci ildə Moskvaya yollandı və 1965-ci ildə orada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdi, 1970-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirdi.[6]

1970-ci ildə Moskva Dövlət Universitetinin ixtisaslaşdırılmış elmi şurasının iclasında namizədlik dissertasiyasını,[5] 1980-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.[6]

1978-ci ildən Plexanov adına Rusiya İqtisad Universitetində dərs deyir.[6]

Yenidənqurma dövründə SSRİ Nazirlər Soveti sosial inkişaf üzrə Bürosunun elmi şurasının üzvü idi, icarə haqqında qanunun hazırlanmasında fəal iştirak edirdi.[5]

4 mart 1990-cı ildə Çeçen-İnquş MSSR-in (9 yanvar 1993-cü ildən-Çeçen Respublikası).37 saylı Qroznı milli-ərazi seçki dairəsindən RSFSR Xalq Deputatı seçildi. Seçkiqabağı proqramında o, geniş muxtariyyət hüquqlarına malik vahid Rusiyanın, digər suveren respublikalarla bərabər hüquqlu ittifaqın qurulmasının, demokratik güc strukturlarının yaradılmasının və yerli Sovetlərin yerli qanunyaratma hüququ olan həqiqi özünüidarəetmə orqanlarına çevrilməsini dəstəkləyirdi.[5]

5 iyun 1990-cı ildən 29 oktyabr 1991-ci ilədək RSFSR Ali Soveti sədrinin birinci müavini vəzifəsində idi.[7][8]

10 iyul 1991-ci ildən RSFSR Ali Soveti sədri vəzifəsini icra edirdi.

29 oktyabr 1991-ci ildən Rusiya Federasiyası Ali Sovetinin sədri təyin olundu.[9]

1992-ci ilin sentyabrında bir il müddətinə[10] MDB Üzv Dövlətləri Parlamentlərarası Assambleyasının Şurasının sədri seçildi.[5]

1994-cü ildən Plexanov adına Rusiya İqtisad Universitetində Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsini tutur.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Last Chairman Of Supreme Soviet Of Russia Ruslan Khasbulatov Dies At Age Of 80 - Family (ing.).
  2. 2,0 2,1 https://www.kommersant.ru/doc/5757928.
  3. 3,0 3,1 https://meduza.io/news/2023/01/03/umer-ruslan-hasbulatov-posledniy-predsedatel-verhovnogo-soveta-rsfsr.
  4. 4,0 4,1 4,2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. 5,0 5,1 5,2 5,3 5,4 "Хасбулатов Руслан Имранович — Биография". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  6. 6,0 6,1 6,2 6,3 "Биография на сайте "Московские писатели"". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
  7. "Постановление Съезда народных депутатов РСФСР от 5 июня 1990 года об избрании Первого заместителя Председателя Верховного Совета РСФСР". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  8. "Постановление Съезда народных депутатов РСФСР от 29.10.1991 № 1818-I". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
  9. "Постановление Съезда народных депутатов РСФСР от 29.10.1991 № 1817-I". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
  10. "Хасбулатов опять председатель". 1992-09-14. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  11. "Радиостанция "Эхо Москвы" / Гости / Хасбулатов Руслан". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.