Rzaqulu Həsənov — Vikipediya

Rzaqulu Həsənov
Doğum tarixi 8 mart 1895(1895-03-08)
Doğum yeri
Vəfat tarixi bilinmir
Təhsili

Rzaqulu İsmayıl oğlu Həsənov (8 mart 1895, Bakıbilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

8 mart 1895-ci ildə Bakıda anadan olmuşdur. Orta texniki məktəbin mexanika şöbəsini bitirmişdir (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. 17 aprel 1920-ci ildə 533 nömrəli aktla Frayberq Dağ-Mədən ali məktəbinə qəbul edilmişdir. Təhsilini burada 19 dekabr 1924-cü ildə başa vuraraq Dağ mühəndisi diplomunu əldə etmişdir.

"Neftçala" trestində mədən rəisi işləyib. 23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib.

Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 427" (PDF). 2020-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-03.