Səyyad Əlizadə — Vikipediya

Səyyad Əlizadə
Ümumi məlumatlar
Doğum tarixi 6 avqust 1958(1958-08-06)
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 2021(2021-09-30) (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1977–2021

Səyyad Əşrəf oğlu Əlizadə (6 avqust 1958, Babı, Qaryagin rayonu30 sentyabr 2021, Yasamal rayonu) — Azərbaycan müğənnisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başladı. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olmuşdur.[2] 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olmuşdur. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışmışdır. İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilmişdir. 1984-cü ildən 1994-cü ilə qədər burada işləmişdir. 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olmuş və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirmişdir.[3]

1987-ci ildə ilk "Təbrizim" albomu buraxmışdır. 1990-cı ildə hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı oldu. Sonra Cabbar Musayevlə albom üzərində işləyən Əlizadənin 1995-ci ilin mart ayında ilk "Gözlə, gələcəyəm" albomu Türkiyədə işıq üzü gördü. Və ilk kaset böyük dinləyici məhəbbəti qazandı. 1997-ci ilin iyun ayında müğənninin "Xallı qız" adlı növbəti albomu və diski satışa buraxıldı. 1999-cu ildə müğənni "Gözlərimin yaşı" adlı audio albom, "Xallı qız" adlı video albom və "Saçlarım bəyaz oldu" adlı disk buraxıb. Müğənninin 2000-ci ildə "Dünya gözəl dünyadır" və "Bizim uşaq dünyamız" adlı iki albomu, "Gözlərimin yaşı" adlı diski və "Sankt-Peterburq görüşləri" adlı video kaseti satışa buraxılıb. 2003-cü ildə "Su pərisi" adlı albomu, eyni adlı diski və "Gül ki, ürəyim gülsün" adlı video kaseti satışa buraxıldı. 2004-cü ildə müğənninin "Harda qaldın" albomu və diski, 2005-ci ildə müğənninin "Seçmələr" adlı audio kaseti və diski, 2006-cı ildə "Azəri qızları" adlı audio albomu və diski, 2008-ci ildə müğənninin "Sənin üçün oxuyuram" adlı audio kaseti və diski satışa buraxılıb. 11 oktyabr 2012-ci ildə müğənni, yeni "Bəyaz gecələrdən bəyaz xatirə" albomunun və həmin albomda yer alan, Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş "Bizim Metropoliten" mahnısına çəkilmiş klipin təqdimatını etmişdir.[4]

Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.[5][6]

Səyyad Əlizadə 13 sentyabrda Covid-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. Daha sonra 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülmüşdür. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.youtube.com/watch?v=rvtRGoLu-wc.
  2. "Səyyad Əlizadə müsahibə". 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  3. Səsinə söykənən müğənni — Səyyad Əlizadə
  4. "Səyyad Əlizadə müsahibəsi". 2013-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  5. "Səyyad Əlizadə: Bura mənim ikinci evimdir". 2019-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  6. Səyyad Əlizadə "Bəyaz gecələr" adlı MMC yaradıb
  7. "Səyyad Əlizadə vəfat edib". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.