Süleyman Dəmirəl — Vikipediya

Süleyman Dəmirəl
türk. Süleyman Sami Demirel
16 may 1993 – 16 may 2000
ƏvvəlkiTurqut Özal
SonrakıƏhməd Necdət Sezər
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1924(1924-11-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 iyun 2015(2015-06-17)[2][3][…] (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tənəffüs yolları xəstəliyi[d]
Dəfn yeri
Partiya
  • Ədalət Partiyası[d] (19611987),
  • DYP (1987–)[4]
Təhsili
Fəaliyyəti mühəndis, siyasətçi
Dini Sünni İslam

Təltifləri "İstiqlal" ordeni "Şərəf" ordeni "Rumıniya Ulduzu" ordeni "Qızıl runo" ordeni Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni Collar of the Order of the Cross of Terra Mariana Order of the Cross of Terra Mariana "Respublika" ordeni
Collar of the Order of the Star of Romania
"Stara Planina" ordeni Grand Order of King Tomislav Order of the Leopard "Ağ qartal" ordeni Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic 1-ci dərəcəli "Manas" ordeni Knight of the Order of the White Eagle
Türkiyə Respublikası Dövlət Şərəf medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[1][2][…], İslamköy[d], İsparta ili17 iyun 2015[2][3][…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir.

1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır.

1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir.

1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdir.[5]

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf" ordeni ilə təltif edilmişdir.[6]

AMEA-nın Fəxri üzvü idi.[7]

17 iyun 2015-ci ildə vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Демирель Сулейман // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Suleyman Demirel // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Süleyman Demirel // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Yunanca Vikipediya (yun.). 2002.
  5. "Fəxri doktorlar". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-08.
  6. "Süleyman Dəmirəlin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarixli Sərəncamı". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.
  7. "Dəmirəl Süleyman (1924-2015)" (az.). science.gov.az. 2017. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.