Süleyman Mirzə — Vikipediya

Süleyman Mirzə
Doğum tarixi 28 mart 1554
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1576 (22 yaşında)
Dəfn yeri
Atası Şah Təhmasib Səfəvi
Anası Sultan Ağa xanım

Süleyman MirzəI Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur.[2] 1570-ci ildən atasının yanında yaşamışdır.[3]

1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar.[4] 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı.[5]

İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Heydər mirzənin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanımçərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.[6]

Beləliklə şahın əmri ilə qardaşı Mustafa mirzə Pirə Məhəmməd xanın, Süleyman mirzə isə dayısı Şamxalın himayəsinə göndərildi. Və hər iki şahzadə şahın fərmanı ilə qətl edildilər.[7][8][9] Süleyman mirzə 1576-cı il noyabrın 1-nə keçən gecə dayısı Şamxal sultanın əli ilə öldürüldü.[10]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Floor Willem M. (2008). Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. ISBN 978-1933823232.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh. ISBN 978-9952-34-101-0
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s. ISBN 978-605-030-641-5
  • İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh. ISBN 978-9952-34-620-6
  • Savory Roger (2007). Iran under the Safavids. Cambridge University Press. pp. 1–288. ISBN 0521042518.
  • Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s. ISBN 5-8066-0436-5

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oqtay Əfəndiyev.s.132.
  2. Floor, Willem M.s.241,282
  3. İsgəndər bəy Münşi.s.s.259.
  4. Həsən bəy Rumlu.s.637.
  5. Savory 2007, p.69.
  6. Oqtay Əfəndiyev.s.153.
  7. İsgəndər bəy Münşi.s.s.363-364.
  8. Həsən bəy Rumlu.s.641.
  9. Xacə Əbdi bəy.s.124.
  10. Oqtay Əfəndiyev.s.154.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]